Fətvalar Təharət (Təmizlənmə)

Təyəmmüm qüslü tam əvəz edirmi? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Sual:
Təyəmmüm cənabətli insanın qüslünü tam əvəz edirmi? Mən bir təyəmmümlə neçə namaz qıla bilərəm? Təyəmmümü pozan amillər hansılardır?

Cavab:
Təyəmmüm suyu əvəz edir. Allah yer üzünü müsəlmanlar üçün səcdəgah və paklıq etmişdir. Su olmadıqda, yaxud xəstəlik səbəbi ilə istifadəsi mümkün olmadıqda, təyəmmüm onu əvəz edir.

İnsan su tapana qədər təyəmmüm ona kifayət edir. Su tapdıqda, keçmiş cənabətindən qüsl alması vacibdir. Xəstə adam da həmçinin, xəstəlikdən sağaldıqda, Allah şəfa verdikdə, təyəmmümlə əvəz etdiyi keçmiş cənabətindən qüsl alır.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Yer üzü müsəlman üçün təmizlikdir, hətta on il su tapmasa da.” Sonra isə belə buyurdu: “Su tapdıqda isə onunla yuyun.”

Yəni, cənabətli insan su tapdıqda keçmiş cənabətinə görə qüsl almalıdır. Təyəmmümlə qıldığı namazlar isə doğru sayılır. Su olmadıqda, yaxud xəstəlik səbəbi ilə ondan istifadə etmək mümkün olmadıqda, şəfa tapdıqdan sonra qüsl almalıdır.

Bu uzun müddət davam etsə də, hökmü dəyişmir.