Sual: Tağuta küfr etmək nə deməkdir?
Cavab: Mənası, ondan imtina etmək və onun batil olduğunu etiqad etməkdir.
Uca və nöqsansız Allah buyurur: “Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur…” (əl-Bəqərə: 256).
Tağutun mənası Allahdan başqa ibadət olunan deməkdir. Yəni, insan Allahdan başqasına: bütlərə, heykəllərə, cinlərə və s. ibadət etməkdən imtina etməli və onların ibadətə layiq olmadıqlarını, ibadətə layiq olan haqq məbudun yalnız uca və nöqsansız Allah olduğunu etiqad etməlidir.
Kim buna iman etməzsə o adam müsəlman sayılmaz. O, mütləq yalnız Allahın ibadətə layiq olduğunu, cinlər, bütlər, heykəllər, özünə ibadətə çağıran tağutlara ibadət etməyin batil olduğunu etiqad etməlidir. O, bu kimi tağutlardan imtina etməlidir.
Tağutlar: Öz razılığı ilə Allahdan başqa ibadət olunanlardır. Bütlər də tağut adlanır. İnsanların ibadət etdikləri ağaclar, daşlar da tağut adlanır.
İbadət olunan peyğəmbərlərə, övliyalara, mələklərə gəlincə, onlar tağut adlanmır. Yəni, özünə ibadətə çağırmayan tağutlardan sayılmır.
Tağut, insanları Allaha şərik qoşmağa və özünə ibadətə çağıran insan və ya cinlərdən olan şeytanlardır.
Allahın mömin övliya bəndələri isə onlara ibadət edən insanlardan Allaha sığınırlar. Onlar əsla Allahdan başqa ibadət olunmağa razı olmurlar. Peyğəmbərlər, mələklər və mömin cinlər də belədir, onlar buna razı olmurlar.
Tağut odur ki, Allahdan başqasına ibadət etməyə çağırsın, yaxud Firon və onun əlaltıları kimi. buna razı olsun.
Bundan imtina etmək, Allahdan başqasına ibadət etməkdən imtina etməkdir. Həmçinin onun batil olmasına da etiqad etməlisən. Yəni həm Allahdan başqasına ibadət etməkdən imtina etməli, həm də onun batil olmasını etiqad etməlisən. Digər tərəfdən, həqiqi ibadətin yalnız uca və nöqsansız Allaha aid olmasını etiqad etməlisən. Uca Allah əzəmətli kitabının əl-Həcc surəsində buyurur: “Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir…” (əl-Həcc: 62).