Fətvalar Həcc, ümrə və ziyarət Ticarət və maliyyə

Borclu adamın həcc etməsi – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Sual: Borcu olan adamın həcc etməyi vacibdirmi?

Cavab: Əgər onun həm borcu ödəməyə, həm də həcc üçün pulu varsa, o zaman islam (yəni, ilk) həccini etməyi vacibdir.
Əgər onun pulu yalnız borcunu, yaxud borcun bir hissəsini ödəməyə kifayət edirsə, ona həcc etmək vacib deyil.

Uca Allah buyurur: “Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.” (Ali imran: 97).

Həcc xərclərini qarşılamaq və borcunu ödəmək imkanı olmayan borclu kimsə həcc etməyə gücü çatmamış hesab edilir.
O əvvəlcə borcunu qaytarmaqla məşğul olsun. Çünki insan haqqı mübahisə, Allahın haqqı isə bağışlanmaq üzərində qurulmuşdur.