Əqidənin ümumi əsasları Fətvalar Ümumi tərbiyə

Saleh əməllər hansılardır? – Şeyx İbn Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Əməlin saleh olması üçün iki şərt olmalıdır:

Birinci: Əməlin Allah üçün ixlasla edilməsi;
İkinci: Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaətin olması.

Şirk olan heç bir əməl, saleh əməl sayılmır. Belə əməl öz yiyəsinə qaytarılır.
Uca Allah qüdsi hədisdə belə demişdir: “Mənim şərik qoşulmağa əsla ehtiyacım yoxdur. Kim bir əməl edər və o işdə Mənimlə yanaşı kimisə şərik qoşarsa, onu da, şirkini də başlı-başına buraxaram.”

Əməlin saleh olması üçün Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaətin olması da labüddür. İnsan ixlaslı olsa da, bidət əməli məqbul sayılmır. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Kim bizim əmrimiz olmayan bir işi edərsə, rədd olunar.”

Demək, əməlin saleh olması üçün mütləq iki xüsusiyyət: Allah üçün ixlas və Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaət – olmalıdır.