Alim, fəqih Şeyx Zeyd ibn Məhəmməd ibn Hədi əl-Mədxəli əl-Qahtani hicri ilə 1357 (m.i.1938)-ci ildə Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cəzan məntəqəsinin Səmita şəhərinin ər-Rukubə kəndində anadan olmuşdur. 7 yaşında olarkən elm və xeyriyyəçiliyi ilə məşur olan anasını itirmişdir. O, orta məktəbi doğulduğu kənddə və Səmita şəhərində oxumuş, Şeyx Hafiz əl-Həkəminin yanında dini dərslər aldıqdan sonra Səmita şəhərində yenicə açılan elmi institutu bitirmiş və 1384 (1964)-cü ildə ər-Riyad şəhərində yerləşən Məhəmməd ibn Saud adına İslam Universitetinin şəriət fakultəsinin məzunu olmuşdur.
O, tələbəlik illərindən 1417 (1996)-ci ildə təqaüdə çıxana qədər Səmita şəhərində yerləşən elmi institutda müəllim işləmişdir. Şeyx Zeyd əl-Mədxəli 1416 (1995)- cı ildə xaricdən gələn elm tələbələri üçün Səmita şəhərində ilk dəfə olaraq 4000-dən çox kitaba malik olan xeyriyyə kitabxanası yaratmışdır.
Şeyx Zeydin Cəzan şəhərində və Həcc günlərində Allah yoluna dəvətdə faydalı olan müxtəlif fəaliyyətləri olmuşdur. İnsanlar dünyanın müxtəlif ölkələrindən onun yanına gələrək ondan dərs alır və elmindən faydalanardılar. Həmçinin müxtəlif məntəqələr və ölkələr üçün onun telefon vasitəsilə də canlı dərsləri var idi. Şeyx Zeyd Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cəzan məntəqəsində öz şeyxi olan Şeyx Əhməd ibn Yəhya ən-Nəcmidən sonra elm və dəvət üzrə ikinci şəxs sayılırdı.
Dərs aldığı ən məşhur şeyxlərindən Əli ibn Məhəmməd əl-Mədxəli, Abdullah ibn Məhəmməd əl-Qaravi, Hafiz ibn Əhməd əl-Həkəmi, Əhməd ibn Yəhya ən-Nəcmi, Məhəmməd Əmən ibn Əli əl-Cəmi, Əbduləziz ibn Bəz, Abdullah əl-Ğudeyyan, Məhəmməd Atiyyə Səlim və digər böyük alimləri misal çəkmək olar.
Həmçinin 50 illik tədrisi müddətində dünyanın hər bir yerindən onun sayılması mümkün olmayan həddindən artıq çoxlu tələbələri olmuşdur ki, onlardan bir çoxları günümüzün böyük alimləri və vəzifəli şəxsləridır. O, həmçinin bir çox faydalı kitabların da müəllifidir.
Şeyx Zeyd əl-Mədxəli 1435 (2014)-ci ildə Cəzan məntəqəsində vəfat etmişdir.
Allah-Təala ona rəhmət etsin…
“Nümayişlər yeni əməllərdəndir. Hər bir yeni əməl bidət sayılır. Hər bir bidət zəlalətdir və hər bir zəlalətin də sonu Cəhənnəmdir. Çünki Allahın şəriəti kamildir. Bizdə kitab və sünnə vardır. Kitab və sünnənin dəlilləri içində insanlara toplanaraq nümayişlər etmələrinə icazə verən bir dəlilin olduğunu bilmirik. O nümayişlər ki, orada insanlara narahatçılıq, vaxtı israf etmək, bundan da pisi namazları tərk etmək və ölüm-itim vardır. Əgər nümayişdə bir müsəlman qətlə yetirilərsə, onun günahını nümayişlərə çağıran fərd, yaxud da müştərək olan toplum daşıyır.
Səhih hədisdə belə varid olmuşdur: “Allah üçün bütünlüklə dünyanın məhv olması bir müsəlman kişinin qətl edilməsindən daha asandır (yüngüldür)”. (Nəsai və Tirmizi rəvayət etmişdir)
Bu barədə bizə deyilən nəqlin, əqlin, adətin, hissin və etdiyimiz müşahidənin şəhadəti ilə neçə-neçə insanlar nümayişlərdə qətlə yetirilir.
Eşitdiklərimiz, gördüklərimiz və baş verənləri əsas gətirib deyə bilərik ki,nümayişlərdə çox insan qətlə yetirilir!
Bu nümayişləri keçirmək şeytanın, pisliyə əmr edən nəfsin və istəyin çağırdığı bidət və zəlalətdir. Bu düşmənlər (şeytan, pisliyə əmr edən nəfs və istək) bir şeydə cəm olarsa, din və dünya dağılmış olar. Necə ki onu bu nümayişlərdə müşahidə edirik. Nümayişlərin səmərəsi öldürmək, malları, vaxtı zay etmək təhlükəsizlikdə olan insanları qorxutmaq və neçə-neçə xoşa gəlməz hallardır. Bu nümayişlərin hörmətli rəsulların və böyük peyğəmbərlərin dövründə edilməməsi onun uğursuz olduğuna kifayət edir. O peyğəmbərlər ki, öz qövmləri tərəfindən əzab-əziyyətə düçar olundular. Onlara iman edənlərin də olmasına baxmayaraq, heç bir nümayişlər, partlayışlar etməmiş və heç kimi qətlə yetirməmişdilər. Əksinə, İslam bütün bunları qadağan edir. Nümayişlərə çağıraraq onda müvəffəqiyyətin olduğunu iddia edən kəslər yolu səhv salıblar. Doğru yola qayıtmaq onlar üçün daha xeyirli olardı. Problemlər elmdə möhkəm olan alimlərin fəhmi ilə kitab və sünnə işığı üzərində müalicə olunmalıdır. İnsanları bu xaosa çağıran kəs artıq ölkələrin və insanların fəsadına səbəb olmuşdur. Əvvəllər və indi də baş verənlər buna şahiddir”.