Fətvalar Günahlar

Ey insan, DİLİNİ QORU!!! – Şeyx Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Bil ki, ey insan sənin etdiyin hər bir əməl və danışdığın hər bir söz, əmin, hörmətli və sənin nə etdiyini bilən bəndələr (mələklər) tərəfindən səhifələrdə yazılır, qeydə alınır. Onlar hər şeyi yazırlar.

Uca və nöqsansız Allah qiyamət günü haqqında belə deyir: “Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!” (əl-İsra: 13-14).

Bizim hal-hazırda danışdıqlarımız yazılır. Sizin bir-birinizlə danışdığınız yazılır. Danışılan hər bir söz yazılır. “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf: 18).

Ona görə də Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, “insanın islamının gözəlliyi, özünə aid olmayan işləri tərk etməsindədir.”
Başqa hədisdə belə demişdir: “Kim Allaha və axirət gününə iman gətirirsə, ya xeyir söyləsin, ya da sussun.”
Çünki hər bir şey yazılır. Kimin sözü çox olarsa, xətası da çox olar. Çox danışan adam, daha çox xətaya, günaha yol verər.

Ona görə də DİLİNİ QORU!!!
Əməl dəftərində hər dediyin söz yazılacaq və qiyamət günü qarşına çıxacaqdır.