Tövbə sözü qayıtmaq deməkdir. İnsanın Allaha asilik etməkdən əl çəkib, Allaha itaətə qayıtması tövbədir.
Ən böyük və ən önəmli tövbə, küfrdən tövbə edib imana gəlməkdir.
Uca Allah buyurur:
“Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar.” (əl-Ənfal: 38).
Tövbənin ikinci mərtəbəsi, böyük günahlardan Allaha tövbə etməkdir.
Üçüncü mərtəbəsi isə, kiçik günahlardan Allaha tövbə etməkdir.
İnsana vacib olan budur ki, bütün növ günahlardan Allaha tövbə etsin.