Mənhəcin əsasları Mənhəcin ümumi əsasları Müsəlman hakimlərə münasibət Ramin Mütəllim

Zalım rəhbərlə altmış il, rəhbərsiz keçirilən bir gecədən daha yaxşıdır – İbn Teymiyyə

İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

«Zalım rəhbərlə altmış il, rəhbərsiz keçirilən bir gecədən daha yaxşıdır. Tarixdə baş verən hadisələr bu gerçəyi əyani şəkildə göstərmişdir. Rəhbərin təbii ölümü və ya qətlə yetirilməsi ilə ölkənin başsız qalması və meydana gələn vətəndaş müharibəsi və ya xalq üsyanları nəticəsində (bəzi köçəri tayfaların və kəndlilərin etdiyi kimi) kimsənin ölkə başına keçə bilməməsi, böyük dağıntılara və amansız qan tökülmələrinə gətirib çıxarırdı. Rəhbərə qarşı üsyanların yol açdığı insan tələfatı və itkilərin dəqiq sayını yalnız Uca Allah bilir. Bu cür fəsadlar insanları həm dünyəvi, həm də dini nemətlərdən məhrum edir.

Buna görə də Fudeyl ibn İyad, Əhməd ibn Hənbəl, Süheyl ibn Abdullah ət-Tustəri və başqa saleh sələflər rəhbərin varlığını Uca Allahın böyük neməti olaraq görürdülər. Onlar həmişə rəhbər üçün dua edir, ona qarşı səmimi davranır və bu əməli əzəmətli ibadətdən sayaraq onun vasitəsilə Uca Allahın razılığını axtarırdılar. Onlar rəhbərin onlara bəxş edə biləcəyi sərvətə və yüksək məqama can atmırdılar. Həmçinin, onlar günah işlərdə rəhbərləri heç bir halda dəstəkləmir, həqiqəti söyləməkdən və haqq dini yaymaqdan çəkinmirdilər».


Mənbə: السياسة الشرعية ٢٣٩

Tərcümə: Ramin Mütəllim