Faydalar

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

Sən xeyir iş görmək istəyəndə ola bilər ki, şeytan gəlib “Sən bunu riyakarlıqla edirsən!” deyərək, vəsvəsə versin. Beləliklə səni yaxşı əməldən yayındırsın, xeyirdən məhrum etsin. Lakin sən belə vəsvəsəyə fikir vermə, ona itaət etmə!

Sən yaxşı işini gör. Hətta sənə elə gəlsə ki, sən bunu riyakarlıq və ya göstəriş üçün edirsən, buna əhəmiyyət vermə!

Çünki səndən “Sən bunu riyakarlıq üçün edirsən?” deyərək, soruşanda – sənin cavabın xeyr olacaq.

Deməli şeytanın sənin qəlbinə saldığı bu vəsvəsələrə fikir vermə!!!

Sən xeyirxah işini gör və “Mən bunu riyakarlıq üçün edirəm!” və s. bu kimi fikirlərdən uzaq dur.