Fətvalar Zikr və dua

Şeyx Xalid bin Dahavi əz-Zafiri: “əl-Həmd” sözünün mənası (VİDEO)

Yüklə

“Elçisini bütün dinlərə hakim olmaq üçün hidayətlə və haqq dinlə göndərən Allaha HƏMD olsun!”
əl-HƏMD sözü, sevgi və təzim hissləri ilə gözəlliklər haqqında etiraf bildirməkdir.

Sözün əvvəlində “əl” artiklı bu xüsusiyyəti müəyyənləşdirmək üçündür. Bu isə o deməkdir ki, HƏMD-ə layiq olan, həmd olunmaqda haqqı olan yalnız uca və nöqsansız Allahdır.

Allaha həmd etməyin üsullarından biri də onu gözəl vəsflərlə, əsmai-hüsna (gözəl adları), uca sifətləri ilə tərifləməkdir.

Allah elçilər göndərdiyi üçün Ona HƏMD edirik. Ələlxüsus Peyğəmbərimiz Muhəmmədi (ona Allahın salavatı və salamı olsun) göndərdiyi üçün. Bu uca Allahın bəndələrinə göndərdiyi ən əzəmətli nemətdir. Bu din, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hidayət yolu Allahın ən əzəmətli nemətidir. Bu nemətə görə hər bir bəndə Allaha şükür etməlidir.