Mənhəcin ümumi əsasları Məqalələr Xəvariclər

Bəzi gənclərin əməl etdikləri xətalı qaydalar

Hörmətli şeyx! Burada gənclər bəzi qaydalar ilə hərəkət edirlər. O qaydalar bunlardır:

Kim kafiri təkfir etməsə o şəxs özü kafirdir.
Kim bidətçini bidətçi elan etməzsə o özü bidətçi olur.
Kim bizimlə deyilsə, bizə qarşıdır.

Şeyx sizin bu qaydalar barədə rəyiniz nədir ?

Həmçinin, bu qaydalar haradan gəlmişdir və bu qaydaların əsasını kim qoymuşdur?

Cavab:…

Bu məsələ doğulduğum ölkə Albaniyada atamın Allah ona rəhmət etsin bəzi məclislərdə danışdığı bir məzəli sözü xatırladır:

Əhvalatda deyilir ki, bir alim öz dostunu ziyarət edir. Səfərinin sonunda dostunu tərk edir və yanında qaldığı dostunun kafir olduğunu deyir. Soruşurlar ki, nə üçün belə deyirsən? (hekayə beləcə davam edir)…Beləliklə dostunu tərk etdiyində ayaqqabılarının olduğu kimi yerində qaldığını görür, yəni o (qonaq) şeyxə hörmət göstəmir. Ona görə də şeyx onu təkfir edir. Nə üçün? Çünki o alimə hörmət etməmişdir. Kim alimə hörmət etməsə, deməli elmə hörmət etmir, kim elmə hörmət etmirsə, deməli özü ilə elm gətirənə hörmət etmir ki, bu da Muhəmməd sallallahu aleyhi və səlləmdir. Və beləcə silsiləni davam edərək Cəbrayıla və sonda isə aləmlərin Rəbbinə çatır, ona görə də qonağın kafir olduğunu elan edir.

Sizin bu sualınız və yaxud qeyd etdiyiniz qaydalar mənə bu məzəli sözü xatırlatdı.

Müəyyən bir şəxs digərini ona hüccət qaldırdıqdan sonra kafir elan edirsə hər kəs onunla mütləq razılaşmalıdır deyə qəti olaraq belə bir şərt ola bilməz. Çünki ola bilsin ki, həmin insan yanlış anlamışdır, təvil etmişdir və digər bir alim həmin yanlış anlamanı dəlil götürərək o şəxsin kafir olmadığına hökm vermişdir. Eyni hökm insanları fasiq, asi və bidətçi adlandırmaq məsələsinə də aiddir.

Əslində, bu məsələ dövrümüzün fitnələrindən və elmli olduqlarını iddia edən bəzi gənclərin tələsməsindən dolayıdır. Məqsəd budur ki, bu cür davam etmə silsilə, nizam əsla icbari deyil.

Bu geniş bir məsələdir. Bir alim müəyyən bir əmrin fərz olduğunu, digəri isə fərz olmadığı rəyini müdafiə edir. Əvvəl də, sonra da alimlərin ixtilafı sadəcə ictihad edərkən olmuşdur və bir alimin digər alimə öz rəyini məcburi qəbul etdirməsi vacib deyil. Digər şəxsin rəyini götürməyi lazım olan kəs muqəlliddir (təqlid edən). Onun elmi olmadığına görə başqa birinin rəyini kor-koranə təqlid etməsi lazım gəlir.

Bununla belə alimə gəldikdə isə, əgər bir alim bir fərdi təkfir edirsə (kafir olduğunu elan edirsə), bidətçi və yaxud fasiq elan edirsə, o zaman fərdə həmin alimə meyl göstərmək və tabe olmaq heç də vacib deyildir.

Əslində bu fəlakətdir. İnşallah bu fəlakət hələ sizin ölkənizdən digər ölkələrə yayılmamışdır.

Şeyx Muhəmməd Nəsirəddin əl-Albani
Məlumat mənbəyi: Silsilət əl-Huda vəl Nur
Fəsil: Mənhəc