Üçüncü tövsiyəm isə budur: Mən kişiyə və xanıma tövsiyə edirəm ki, dünya ilə bağlı işlərdə bir-birilərinin nöqsanlarını əfv etsinlər. Dünya işlərində öz hüququndan keçsin. Çünki dünya işlərində nöqsanların olması labüddür. Lakin aqil kişi öz qadınına qarşı mərhəmətli olmalı və onun yaxşı işlərini göz önünə almalıdır ki, baş verənləri unuda bilsin.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Mömin kişi mömin qadına nifrət etməsin.” Yəni, mömin kişi, mömin həyat yoldaşına nifrət etməsin. “Onun bir əxlaqı xoşuna gəlməsə, digər əxlaqından razı qalar.”
Aqil mömin dini baxımdan deyil, dünya işlərində hər-hansı nöqsan aşkarlayarsa, “bu evlilikdə bundan daha böyük xeyir vardır” – deyərək, öz hüququndan keçər. Mömin qadın da Allaha asilik olmayan işlərdə, ərinə itaət etməlidir.
Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Əgər mən kiminsə kiməsə səcdə etməyini əmr edəsi olsaydım, qadına öz ərinə səcdə etməyi əmr edərdim. Çünki onun üzərində böyük haqqı vardır.” Bu hədis əsaslı dəlildir və mən bu hədisin sənədini dəfələrlə araşdırmışam.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qadına ərinin haqqının nə qədər böyük olmasını bildirir. Qadın ərinin dünya işlərində yol verdiyi nöqsanların üzərində dayanmamalı, öz haqqından keçməli, Allaha asi olmayan işlərdə ərinə itaət etməlidir.
Əgər evlər bu üç tövsiyə əsasında qurularsa, Allaha and olsun ki, dünyada böyük uğur qazanar, qiyamət günü qurtuluşa nail olmağımıza səbəb olar. Şeytan bizim aramıza girə bilməyib məyus olar.
Uca Allahdan gözəl adları, uca sifətləri ilə diləyirəm ki, mömin kişilərin qəlblərini mömin qadınlara qarşı sevimli etsin. Ey bizim Rəbbimiz olan Allahım, hər bir ər-arvadı xeyirə, hidayət yoluna və sevgiyə müvəffəq et. Şeytanın onların arasına girməyinə imkan vermə.
Daha doğrusunu Allah bilir.
Son duamız olaraq, Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və əshabələrinə Allahdan salavat və salam diləyirik.