Ailə münasibətləri Fətvalar

Ər-arvad haqları – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Uca Allah buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum: 21).

Ailə həyatı bu iki əsas üzərində qurulmuşdur: SEVGİ VƏ MƏRHƏMƏT.

Onlar bir-birlərini sevir, bir-birlərinə mərhəmət göstərirlər. Əgər bu iki xüsusiyyət olmasaydı onlar birlikdə olmazdılar. Çünki kişi ayrı, qadın da ayrı ailədən gəlmişdir. Lakin Allahın mövücəzisidir ki, O, bir-birinə yad olanları: kişi və qadını bir araya toplayır, onların arasında sevgi və mərhəmət yaradır ki, ailə həyatı davamlı olsun. Çünki ailə cəmiyyətin əsasını təşkil edir.