Dəvətin qaydaları Fətvalar

Gənc müsəlmanın ümməti təfriqəyə salan fitnəkar dəstələrə münasibəti – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə

Dəstələr nə qədər çox olursa-olsun yalnız bir haqq camaat vardır, o da səhabələr, tabiinlər və onların ardınca gedən əməlisaleh sələflərin yoludur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Ümmətimdən bir dəstə daim haqq üzərində olacaqdır. Onları alçaldan, onlara müxalif olanlar, uca və nöqsansız Allahın əmri gəlməyincə, onlara heç bir zərər verə bilməyəcəklər.”

Allaha şükr olsun ki, Allah bizi çaşqınlığa salmamış, bizə haqqı açıq-aydın bildirmişdir. Uca Allah buyurur: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (əl-Ənam: 153).

Uca və nöqsansız Allah bizə hüccət (qəti sübut) çatdırmış, haqqı açıqlamış, yolu bizə aydınlatmışdır. İnsanın öz-özündə haqqı bilməsi kifayət etmir, o, bu haqqı başqalarına da tanıtmalı, onu digərlərinə çatdırmalıdır. Alimin də faydası budur. O öyrənməli və öyrətməlidir, öz bacarığı daxilində haqqı insanlara çatdırmalıdır. Hətta insanlara Quranı öyrətməklə, yaxud Quranı və hədisləri əzbərlətməklə kifayətlənər, onların şərhini və izahını alimlərin öhdəsinə buraxarsa böyük iş görər. İnsanlar (Quranı və hidsləri bildikdən sonra) alimlərə müraciət edib şərhini öyrənəcəklər. Hər kəsin özünə vacib olan işi vardır.