Əqidənin ümumi əsasları Fətvalar Quran və təfsir

Quran və sünnəyə bağlanmağın səbəbləri – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Sual: Quran ayəsində hamılıqla Allahın ipinə sarılmaq əmr edilir. Bu haqda bir çox ayələr vardır. Bizə Quran və sünnəyə sarılmağın səbəbləri haqqında danışa bilərsinizmi?

Cavab: Ayədə deyilən sarılın sözü, tutunmaq deməkdir. “Hamılıqla Allahın ipinə möhkəm sarılın…” (Ali İmran: 103). Qurana və sünnəyə hamılıqla sarılın, Quran və sünnəyə sarılmaq xüsusunda bölünməyin. Rəylərə, məzhəblərə və müxtəlif fikirlərə uymayın.

Hamı Quran və sünnəyə sarılmalıdır. Çünki Quran və sünnə doğru yoldur. Bunlardan başqa nə varsa, zəlalətdir. Müsəlmanlar qismən deyil, hamılıqla Allahın ipinə sarılmalıdırlar.
Bütün müsəlmanlar hamılıqla Allahın ipinə sarılmalıdırlar.