Sual: Sizcə müsəlmanların zəif və fikir ayrılığında olmasına səbəb nədir? Buna rəhbərlər səbəbdir, yoxsa biz hamımız?! Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab: Ümumilikdə müsəlmanların zəifliyinin səbəbi müsəlmanlar özləridir. Çünki müsəlmanlar Allahın onlara əmr etdiyinə riayət etmirlər.
Müsəlmanlar yaxşı işlərdə əlbir olmaq, bir-birinə tövsiyə etmək, Allahın dini ətrafında birləşmək, Allahın dinini dərindən öyrənmək, Allah yoluna dəvət etmək, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək və Allah yolunda cihad etmək üçün güc-qüvvət toplamaq kimi işlərdə boşluğa və səhlənkarlığa yol veriblər.
Buna görə də zəiflik bütün müsəlmanlar tərəfindən edilmişdir