Fətvalar Zikr və dua

Şükr səcdəsi – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Sual: Şükr səcdəsi necə edilir?

Cavab:
Şükr səcdəsi, namaz qılarkən və ya Quran oxuyarkən səcdə ayəsində edilən səcdə kimidir.

İnsana sevindirici xəbər verildikdə, Allaha şükr əlaməti olaraq səcdə edir və səcdədə bu sözləri deyir: “Subhanə rabbiyəl alə, Subhanə rabbiyəl alə”.
Həmçinin səcdədə Allaha həmd-səna oxuyur, Rəbbinə dua edir və ona verilən nemətə bərəkət verməsini istəyir, dünya və axirətində ona fayda verəcək nemətləri ona əta etməsini diləyir.

Bu növ səcdəni tilavət səcdəsi kimi, dəstəmazsız da etmək olar. Doğru fikir budur ki, bu növ səcdələrə dəstəmaz lazım deyil. İnsana müjdə verildikdə, yaxud əzbərdən Quran oxuyarkən dəstəmazsız olarsa, səcdə ayəsinə çatdıqda səcdə etsin. Bu daha doğru fikirdir.
Həmçinin ona övladının olması, yaxud müsəlmanların qələbəsi, hansısa xəstənin sağalması və s. ilə müjdə verildikdə, Allaha şükür olaraq dəstəmazsız halda səcdə edə bilər.

Bu səcdədə namazda səcdə vaxtı dediyi sözləri deyir. “Subhanə rabbiyəl alə, Subhanə rabbiyəl alə” sözlərini deyir və ona verdiyi böyük nemətə görə Allaha həmd-səna oxuyur.