Əqidə və mənhəc Fətvalar

Şeyx əl-Albani: SƏLƏFİLİK NƏDİR VƏ SƏLƏFİLƏR KİMDİR (VİDEO)

Yüklə

Sələfi dəvəti kimə nisbət edilir?
Sələfilik Sələfə nisbət edilir. Müsəlman alimlərin “Sələfi” deyərkən kimləri nəzərdə tutduqlarını bilmək lazımdır ki, bu sözün çəkisini, mənasını və mənsubiyyətini dərk edəsən.

Sələf dedikdə islamın ilk üç əsrində yaşamış insanlar nəzərdə tutulur. O kəslər ki, onların ən xeyirli insanlar olması haqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) şəxsən özü şahidlik etmişdir. Buxari və Muslimin “Səhih” əsərində və digər hədis kitablarında çoxsaylı sənədlərlə nəql olunan hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “İnsanların ən xeyirlisi mənim əsrimdə yaşayanlar, onlardan sonra gələnlər və daha sonra gələnlərdir.” Sələfilik Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) xeyirlilik şahidliyi etdiyi bu üç əsrdə yaşayanlara nisbət edilir. Sələfilər də özlərini onlara nisbət edirlər. Sələf və sələfilik məfhumunu anladıqdan sonra iki məsələni qeyd etmək lazımdır:

BİRİNCİ: İslam dünyasında olan təriqətlərdən fərqli olaraq Sələfilik müəyyən şəxsə və ya şəxslərə nisbət sayılmır. Bu nisbət məsum bir topluma edilmiş nisbətdir. Çünki Saleh Sələfilərimizin hamılıqla səhv yolda olmaları qeyri mümkündür.

Sonrakı əsrlərdə yaşamışların halı isə tamam fərqlidir. Onlar haqqında belə tərifləyici heç bir şəriət dəlili yoxdur. Əksinə onların toplum halında məzəmmət olunması haqqında dəlillər söylənilmişdir. Elə ötən hədisin tamamında bu haqda belə deyilmişdir: “Onlardan sonra elə insanlar gələcəklər ki, şahidlikləri tələb olunmadığı halda gəlib şahidlik edəcəklər…”

Digər hədisdə də bu mənaya işarə olaraq bir dəstə təriflənmiş, hədisin məfhumuna görə digərləri məzəmət edilmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Ümmətimdən bir dəstə haqq yolda qalib olacaqlar, Allahın əmri gələnə qədər onlara müxalif olanlar bu yolda onlara mane ola bilməyəcəklər.”

Bu hədis axır zamanda olacaq bir dəstəni tərifləmişdir. Dəstə az sayda adamın olduğu toplumdur. Ərəb dilində bu söz bir və daha çox adama aid edilən sözdür. Sələfiliyin bu mənasını bildikdən və bu adın saleh sələflərimizə nisbət olduğunu anladıqdan sonra az öncə qeyd etdiyim İKİNCİ məsələni bilmək lazımdır. Belə ki, hər bir müsəlman bu mənsubiyyəti və bu məsumiyyəti dərk etməlidir. Bunu bildikdən sonra hər kəsin sələfi olmaqdan başqa yolu qalmaz. Çünki bizə aydın oldu ki, sələfilikə mənsub olmaq məsum topluma mənsub olmaq deməkdir.

Şeyx əl-Albaninin Həyatı ilə tanışlıq