Çəkindirmələr (təhzir) Fətvalar Radikallıq və terrora münasibət

Şeyx Fövzanın Suriya barədə fətvası (VİDEO)

Nüfuzlu İslam alimi şeyx Saleh Fövzanın (Allah onu qorusun) Suriyadakı fitnə barəsində fətvasını sizlərə təqdim edirik.

Şeyx Saleh Fövzan Böyük Alimlər Komitəsinin və Məkkədə Fiqh Akademiyasının üzvüdür. O cümlədən, Həcc mərasimi dövründə Dəvətçilər Komitəsinin üzvülərindən biridir, Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyad şəhərinin əl-Amir məscidində imam-xətib və mühazirəçidir.

Suriya müsəlmanları bu gün qanlı vətəndaş müharibəsinə çevrilmiş fitnə içindədirlər. Fitnənin olduğu yerləri həmişə fəsada susamış müxtəlif təriqətlər özünə məskən bilir, Suriya da istisna olmadı.

Müharibə və sülh kimi vacib məsələlərdən söhbət getdikdə müsəlmanlar böyük alimlərə müraciət etməlidir ki, fitnə və fəlakətlərdən qorunsunlar.  Uca Allah buyurur: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər.” (Müqəddəs Quran, “Nisa” surəsi, 83-cü ayə).

Allah Suriya müsəlmanlarına kömək olsun və onların vəziyyətini asanlaşdırsın!

Yüklə

Sual: (Şeyx) Allah sizi mükafatlandırsın. Suriyaya döyüşmək üçün getmək olarmı və bu cihad sayılırmı?

Cavab: Allaha həmd olsun. İnsan, onu fitnələrdən qoruduğu üçün Allaha həmd etməlidir. Orada cərəyan edən hadisələr fitnədir, buna görə də müsəlman neyinki bu fitnəyə qarışmamalı, əksinə ondan uzaq durmalıdır. Lakin bütün hallarda (red. çətinlikdə və rahatlıqda), müsəlmanlar üçün Allaha dua etməlidir ki, Allah onlara qələbə və asanlıq bəxş etsin… Çoxlu dua etmək gərəkdir!…

Ora getməyə gəldikdə isə, bu qadağandır! Birincisi ona görə qadağandır ki, hər kəsin ailəsi, valideynləri və qohumları var. İkincisi isə, dövlət başçısının icazəsi olmalıdır. Başqa sözlə desək cihada çıxmaq üçün iki şərt təmin olunmalıdır: Dövlət başçısının icazəsi və atanın icazəsini. 

(Suriyada) baş verənlərə gəldikdə isə, bu fitnədir və bundan uzaq durmaq lazımdır.