20-ci əsrin görkəmli islam alimi, şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular:
“Müsəlmanlar, onların rəhbərlərinin (dövlət başçısı) icazəsi olmadan cihada gedə bilərmi? Rəhbərin (dövlət başçısının) icazəsi olmadan döyüşdə iştirak etməyin icazəli olduğu hallar varmı?”
O belə cavab verdi:
“Rəhbər (dövlət başçısı) icazə vermədən cihada getmək qadağandır!
Çünki şəriət bu məsələdə qərar qəbul etmək haqqını məhz rəhbərə (dövlət başçısına) vermişdir. Rəhbərin (dövlət başçısınin) icazəsi olmadan cihada çıxmaq isə onun haqqına qəsd etməkdir! Bu da, nə ilə nəticələnəcəyini bir Allaha məlum olan, anarxiyaya və şərə gətirib çıxaracaqdır.
“Rəhbərin (dövlət başçısının) icazəsi olmadan döyüşdə iştirak etməyin icazəli olduğu hallar varmı?” sualının cavabı isə belədir:
“Bəli, var. Düşmən qəflətən hücum etdiyi halda, özünü müdafiə etmək və vuruşmaq müsəlman üçün labüddür.” (Məcmua əl-fətava və ər-rəsaail).
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb