Əminamanlıq dinin tamamıdır!
Allah bu dünyada bütün insanlar üçün əminamanlığı vacib etmişdir. Hər bir toplum əminamanlığı qorumalıdır ki, özlərini əminamanlıqda hiss etsinlər. Deyilən məna uca Allahın bu ayəsində əks olunub:
“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur.” (ən-Nur: 55)
Burada diqqət edin ki, nəticə nədir? “…Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar”
Allaha ibadət etmək və heç nəyi Ona şərik qoşmamaq əminamanlığın bərpasından sonra vəd edilmişdir. Çünki əminamanlığın olması ümmətin bu dünyada böyük məqsəqlərinin gerçəkləşdirilməsi üçün şəriətin əsas məqsədlərindən biridir.
Buna görə də Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dinin və əminamanlığın tamamını əlaqələndirərək belə demişdir: “Allaha and olsun ki, Allah bu işi (yəni, dini) tamamlayacaq. Hətta tənha bir qadın İraqdan, yaxud Sənadan çıxıb tənha Məkkəyə yola düşəcək, Allahdan başqa heç kəsdən qorxmayacaqdır.”
Tənha qadın miniyi üzərində bu qədər məsafəni qət edərkən Allahdan başqa heç kəsdən qorxmayır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu nəticəni nə ilə əlaqələndirdi? Dinin tamamlanması ilə.
Demək, şəriətə görə dinin tamam olması və insanların dünyada mənfəətlərinin hasil olması əminamanlığın olması ilə bağlıdır.
İnsanların həyatında əminamanlığın olması təkcə dövlətin əminamanlıqda olması üçün deyil, insanların da əminamanlıqda olması üçündür.