Fətvalar Xarici görünüş

Gecə vaxtı dırnaq tutmaq və basdırmaq – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə

Sual:
Allah sizi xeyirlə mükafatlandırsın. Sualda deyilir ki, gecə vaxtı dırnaq tutmaq olarmı?

Cavab:
Dırnaqları istənilən vaxt, gecə də, gündüz də tutmaq olar.

Sual verən mənə mühüm bir məsələni xatırlatdı. Dırnaqlarını tutduqdan sonra onları basdırmaq lazımdırmı?

İmam Beyhəqi və digər alimlər belə bir hədis rəvayət ediblər ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) kəsilmiş dırnaqları və saçları basdırmağı əmr etmişdir.
Lakin bu hədis zəifdir.
İmam Beyhəqi demişdir ki, bu hədisin bütün rəvayətləri zəifdir.
Bu hədis zəifdir və bu haqda heç bir səhih məlumat, hədis yoxdur.
Lakin İmam Əhməd (Allah rəhmət etsin) deyir ki, İbn Ömər (Allah ondan razı olsun) kəsdiyi dırnaqları basdırırdı.

Alimlər deyirlər ki, bunu belə etmək məsləhətdir. Çünki cadugərlər cadu edərkən dırnaq və saçdan çox istifadə edirlər. İnsan saç və dırnağı basdırdıqda onların şərrindən qorunmuş olur.

Nəticə budur ki, saç və dırnağı basdırmaq icazəli (mübah) adətdir və burada məsləhət də vardır. Lakin biz bu əməlin sünnə olduğunu deməli deyilik.