Sual:
Allah sizi xeyirlə mükafatlandırsın.
Sualda deyilir ki, hökumət idarələrini, idarə rəhbərlərini və nazirləri islah etmək məqsədi ilə kütlə qarşısında tənqid etmək olarmı?!
Cavab:
Əgər tənqid etmək sözü, vəzifəli şəxsləri aşağılamaq, təhqir etmək və eyiblərini araşdırmaq mənasında deyilirsə, bu olmaz, qadağandır.
İşçilərini islah etməsi üçün məsul şəxsə müraciət etmək mənasında olan təndiq, icazəlidir.
Amma çıxıb demək ki, filan idarədə belə-belə eyiblər var, filan məsul işçi belədir və s. bu kimi iradları kütləyə deyil, dövlət başçısının yanında demək olar.
Kütlə arasında dövlət idarələri haqqında danışmaq, tənqid etmək qeybətdir. Qeybətdən əlavə bu fəsaddır.
Çünki bu kimi təbliğ ölkə başçısına qarşı asilik, təhqir və s. ilə nəticələnə bilər. Bu xəvariclərin xasiyyətidir, xəvariclərin xüsusiyyətlərindəndir.