Fətvalar Qəbir, Axirət günü, Cənnət və Cəhənnəm

Tükləri ürpədəcək xatırlama – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Meyitin ardınca üç şey gedər: Ailəsi, mal-dövləti və əməli. Onların ikisi qayıdar, üçüncüsü isə onunla qalar. Ailəsi və mal-dövləti geri qayıdar, əməli isə onunla qalar.”

Bizdən birinin əcəli çatdıqda, yuyulub kəfənləndikdən sonra çiyinlərdə daşındıqda, əməlisaleh olan kimsə “məni qəbrimə tez çatdırın!”, əgər əməlisaleh olmazsa “vay olsun, məni hara aparırsınız!” – deyərək haray edəcək. Onun bu harayını insandan başqa hamı eşidəcəkdir. Əgər insan onun bu harayını eşitsəydi, özündən gedərdi.

Onu qəbrinə apararkən arxasınca ailə-uşağı, mal-dövləti və əməli gələcəkdir.

O dəfn edildikdə övladları onunla qəbrə girən deyillər. Mal-dövləti də onunla qəbrə girməyəcək. Mal-dövləti və ailəsi geri dönəcək. Bir müddət kədər hissi keçirəcək, biraz ağlayacaq, yaxın bir vaxtda öləni yaddan çıxaracaqlar.

Onunla daim qalan isə etdiyi əməlləri olacaqdır – yaxşıdırsa yaxşı, pisdirsə pis olacaq.