Elm əhlinə münasibət Fətvalar

Səudiyyə Müftisi 11-13-cü əsrlərdə vəfat etmiş bəzi islam alimlərinin yerinə həcc edib (VİDEO)

Yüklə

Əziz qardaşlarım, biz hörmətli şeyximizin həyatına baxdıqda, onun vəfat etmiş alimlərə sədaqətini görürük. Mən bu məsələni aşkara çıxarmaq üçün şeyxdən icazə almışam.

Bildiyim qədər şeyximiz (Allah onu qorusun) vəfat etmiş İbn Rəcəb, İbn Əbdülbərr, Munziri kimi bir çox alimlərin yerinə həcc edib.
Şeyx zəhmət olmasa bunu nə üçün etdiyinizi bizə deyərdiniz?

Şeyx Əbdüləziz Ali Şeyx:
Əvvəla Munziri adlı alim mənim xütbələrimdə bəhrələndiyin ilk müəllimimdir. Belə ki, mən onun “ət-Tərğib və ət-Tərhib” kitabına çox etimad etmişəm. Bu kitab böyük və əhatəli kitabdır. Rəğbətləndirmək və çəkindirmək mövzusunda yazılmış ən əhatəli kitabdır. Mən bu kitabdakı hədisləri əzbərləyirdim. Çünki o hədislərə yaxşı izahlar verir, gözəl təhlil edirdi. Mən bu kitabdan çox təsirlənmişəm.

Nəvəvinin “Riyad əs-Salihin” kitabı da həmçinin.
İbn Əbdül Bərrin “ət-Təmhid” və “əl-İstizkar” kitabları da mənim üçün faydalı olub.

Mən bu şəxsiyyətlərin mənə nə qədər yaxşılıq etdiyini dərk edəndə, İbn Əbdülbərr, Nəvəvi, bir dəfə də İbn Həzm əz-Zahirinin (Allah rəhm etsin) yerinə həcc etmişəm. Çünki İbn Həzm əz-Zahiri öz sağlığında həcc etməyib. İbn Kəsir tarixində beşinci əsrdə baş verən hadisələr haqqında danışarkən deyir: “Əbu Muhəmməd (yəni, İbn Həzm) bir xaçpərəstin islamı söydüyünü eşidəndə, əsasına söykənib islamı müdafiə edən məlum qəsidəsini söyləmiş, ədavət göstərən yəhudi və xaçpərəstlərə cavab vermişdir.”

Mən İbn Kəsirin bu böyük alim haqqında yazdıqlarını oxuduqda və onun dini necə müdafiə etdiyini görəndə, onun yerinə həcc etmək qərarına gəldim. Çünki o özü sağlığında həcc etməmişdir.