Sual verən deyir ki, Allah sizi xeyrə müvəffəq etsin. Ölkə başçılarına tənqid etdiyinə görə bir nəfərə nəsihət etdim. Lakin, bunun səbəbilə o, məni tərk etdi. Onu digər bir yerdə gördüyüm zaman ona salam verdim. O isə salamımı almadı. Bundan sonra mən də onu tərk etdim. Buna görə mən günah qazanırammı?
Şeyx Saleh əl-Fövzan: Bu xəvariclərdəndir. O kəs ki, insanları ölkə başçılarına qarşı təhrik edir o xəvariclərdəndir. Allaha qorusun bizləri! Onun etdiyi bu əməl düzgün deyil. Ölkə başçılarının haqları vardır. Ölkə başçıları olmadan yaşaya bilərsiniz?
SubhənAllah! Bu insan ölkə başçıları olmadan evində yata bilər və bazarlarda gəzə bilər? Ölkə başçılarına həyatın zeruretlerindendir. Heç kəs onlardan ehtiyacsız deyildir. Onlar üçün dua edilməlidir. Onlara dəstək verilməli, Allaha asilik istisna olmaqla, itaət olunmalıdır. İnsanlar arasında hörmətdən salınmamalıdır. Belə etmək xavariclərin yoludur. O kəslər ki, səhabələr onlarla döyüş etdilər, onlara qarşı müharibə apardılar. Çünki onlar yer üzündə fitnə-fəsad törədirlər.
Sən ona nəsihət etməkdə, nəsihətini qəbul etmədiyi təqdirdə onu tərk etməkdə də haqlısan. Bu kifayət deyildir. Sənin ondan insanları çəkindirmən və onun və ardıcıllarının hallarını bəyan etmən də vacibdir ki, belə etməyin onlara əngəl olsun.