Övlad tərbiyəsində diqqət edilməsi gərəkən əsaslar (PDF)
Həmd Aləmlərin Rəbbi olan Allaha məxsusdur. Onun (Allahın) sənası və salamı qulu, Rəsulu, xəlili (dostu) Peyğəmbərimiz Muhəmmədin, onun əhli beytinin və bütün səhabələrinin üzərinə olsun. Və sonra:
Həqiqətən də qulun (insanın) öz həyatında diqqət etməli olduğu əhəmmiyyəti, böyük vaciblərdən və əzəmətli əmanətlərdən (biri də) övladlarıdır. (Onların) tərbiyələri, ədəbləri, onlara nəsihətləri və düzgün istiqamətə yönəltmələri üçün (çalışmalıdır). Həqiqətən də övladlar Uca Allahın ona baxılmasını və qorunmasını əmr etdiyi böyük əmanətlərdən sayılır. Necə ki, Uca Allah möminlərin vəsflərini xatırladarkən buyurmuşdur:
“Onlar öz əmanətlərini və əhdlərini qoruyarlar.”
Həmçinin buyurmuşdur:
“Ey iman gətirənlər! Allaha və Rasula, həmçinin bildiyiniz halda əmanətlərə xəyanət etməyin.”
Nöqsanlardan Uca olan Allah atalara bu böyük neməti bəxş etmiş və buyurmuşdur:
“Yerlərin və göylərin mülkü Allahındır. O, istədiyini yaradır, istədiyinə qız, istədiyinə oğlan bəxş edir.”
Həqiqətən də O (Allah), atalara bu əmanəti vermiş, onlara bəzi haqlar və tapşırıqlar vacib etmişdir. Və övlad (əmanətini) onlar üçün imtahan etmişdir. Əgər onlar öz övladlarına Allahın əmr ediyi kimi yönəlsələr, onlara Allah qatında böyük bir mükafat və çoxlu savab vardır. Yox əgər ona (övlad əmanətinə) fikir verməslər, o zaman səhlənkarlıqları dərəcəsində özlərini cəzaya atmış olacaqlar.
Uca Allah buyurur:
“Ey iman gətirənlər! Özünüzü və əhlinizi yanacağı daşlar və insanlar olan oddan qoruyun! (O od ki,) üzərində əzəmətli mələklər vardır…”
Bu ayə övladlara baxılmağın vacibliyində, tərbiyələrində və onlar üzərində diqqətli olmaqda əsas olan bir ayədir.
Rəşidi Xəlifələrdən olan Əli ibn əbu-Talib (Allah ondan razı olsun) bu ayənin açıqlamasında demişdir:
“Onları öyrədin və ədəblədirin”
Allah Nəbisindən də (sallallahu aleyhi və səlləm) bu məsələnin ciddiliyi və atalar üzərində vacib hökm olması barədə səhih hədis varid olmuşdur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurur:
“Hər biriniz başçısınız və hər biriniz əlinizin altında olanlardan sorumludur. İmam başçıdır və əlinin altındakılardan sorumludur. Kişi əhli üzərində başçıdır və öz əlinin altındakılardan sorumludur. Qadın ərinin evində başçıdır və əlinin altındakılardan sorumludur. Qulluqçu ağasının evində başçıdır (yəni, ona tapşırılan işdə) və öz əlinin altındakılardan sorumludur. Siz hamınız başçısınız və hamınız əlinizin altındakılardan sorumlusunuz.”
Allah Rəsulunun (sallalahu aleyhi və səlləm) “sorumludur“ sözü – Qiyamət günü qul Allah qarşısında durduqda bu əmanətlər haqda (Allahın) ondan soruşacağını xatırlatmaqdır. Hətta elm əhlindən bəziləri demişdir: “Həqiqətən də Allah Qiyamət günü övladdan atası haqda soruşmazdan əvvəl atadan öz övladı haqda soruşacaqdır. Çünki atanın övladı üzərində haqqı olduğu kimi, övladın da atası üzərində haqqı vardır.”
İbn Ömər (Allah ondan və atasından razı olsun) buyurmuşdur: “Övladını ədəbləndir, həqiqətan də sən övladın barəsində soruşulacaqsan – onu necə ədəbləndirdin, ona nə öyrətdin…”
Həqiqətən ondan (övladdan) sənə (valideynə) yaxşılığı və tabeçiliyi barəsində soruşulacaqdır. Necə ki, nöqsanlardan Uca Allah övladlara atalarına yaxşılığı və onlara yaxşı baxmağın vacibliyini vəsiyyət edərək buyurmuşdur:
“Biz insana valideyninə qarşı yaxşı olmağı əmr etdik.”
Həmçinin atalara da övladlarının tərbiyə və ədəbində yaxşı olmağı vəsiyyət etmişdir. Necə ki, Uca Allah buyurur:
“Allah sizə övladlarınıza yaxşı baxmağı əmr edir.”
Artıq Kərim olan Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizə xəbər vermişdir ki, valideynin övlad üzərində çox güclü tərsiri vardır. Nəinki əxlaqlarında və xasiyyətlərində, hətta əqidələrində və dinlərində belə təsirləri vardır. Allah rəsulu (sallalahu aleyhi və səlləm) buyurur:
“Hər bir doğulan (uşaq) fitrət üzərində doğulmuşdur. (Sonra isə) valideyinləri onu ya yəhudi, ya nəsrani (xristiyan), ya da məcusi (oda ibadət edən) edər. Necə ki, heyvandan heyvan əmələ gəlir. Heç onda (heyvanın əzalarında) eyb (qüsur) görürsənmi?!”
Bu, yaxşı və hiss olunan (görülən, bilinən) bir misaldır. Həqiqətən də görülən üzrə, heyvanlar adətən səlim və sağlam, eybdən uzaq heyvanlar doğurlar. Onda nə bir eyb, nə də əlində, qulağında və ayağında qırıqlıq görmürsən. Bu şeylər, onun sahibi və ya baxanı tərəfindən baş verir – ya ona fikir vermir, ya da özü edir. Uşaq da belədir, o, fitrət üzərində doğulur. Əgər yalanı, aldatmağı, fəsadı, azğınlığı və ya başqa münkər (pis, inkar olunan) şeyləri öyrənərsə, o zaman o, fitrətindən çıxmış sayılır. Ya pis tərbiyə, ya ona fikir verilməmək, ya da kənardan pis dostların, yaxud da başqa xətaların səbəbi ilə^ Bu əmanətin əzəmətliliyini nəzərə alaraq, burada bəzi əsasları xatırlatmaq istəyirəm. O əsaslar ki, hər bir ataya bununla maraqlanmaq lazımdır ki, onda (atada) bu uca mətləb və uca məqsəd hasil olsun.