Fətvalar Müsəlman hakimlərə münasibət

Şeyx Fovzan: Rəhbərə qarşı çıxmaq təkcə silahla olmur (VİDEO)

Yüklə

Sual: Bir dəvətçi telekanallardan birində çıxışı zamanı belə bir fətva verib ki, rəhbərə qarşı çıxmaq yalnız silah ilə olur. Nümayiş etmək və söz ilə etiraz bildirmək rəhbərə qarşı çıxmaq sayılmır.

Cavab: Bu insan elmsiz danışır. Onun həqiqətdə hansı halda olduğunu Allah bilir. Əgər o cahildirsə Allahdan onun üçün hidayət və doğru yola qayıdış diləyirik. Yox əgər qəsdən təhrik edirsə, Allahdan diləyirik ki, onunla layiq olduğu şəkildə davransın və müsəlmanları onun şərrindən qorusun.

Rəhbərə qarşı çıxmaq yalnız silahla olmur, rəhbər haqqında danışmaq, rəhbəri söymək də ona qarşı çıxmaqdır.
Bu həm ona qarşı çıxmaqdır, həm də ona qarşı camaatı təhrik etməkdir.
Bu fitnəyə və şərə səbəb olmaqdır.

Danışmaq heç də silahdan az təhlükə daşımır.
Şair demişkən,
Həqiqətən od iki çubuqdan alışır
Döyüşün əvvəli isə sözlə başlayır

Bir söz səbəbi ilə böyük müharibələr baş vermişdir. Rəhbərə qarşı çıxmaq yolları həm silahla, həm də sözlə olur. Hətta etiqadla da olur. Əgər kimsə etiqad edirsə ki, rəhbərə qarşı çıxmaq olar, beləsi xəvariclərlə ortaqdır.
Çünki bu xəvariclərin etiqadıdır.