Fətvalar Müsəlman hakimlərə münasibət

Şeyx İbn Useymin: Günah işlədən rəhbərə münasibət (VİDEO)

Şeyx İbn Useymin rəhbərə itaət etmək mövzusuna aid hədisləri şərh edərkən böyük günah işlədən rəhbərə münasibət haqqında danışır. Bildiyimiz kimi haqq yoldan azmış və dini radikallığı ilə seçilən əksər məzhəb və təriqətlər günah işlədən rəhbərə qarşı üsyan etməyi icazəli görürlər. Lakin sələfilər digər məsələlərdə olduğu kimi, bu məsələdə də hədislərə əsaslanaraq orta, ədalətli mövqedən çıxış edirlər. Elə şeyx İbn Useymin də bu mövzuda sələfin haqq olan mövqeyini bizə çatdırır.

Yüklə

Şeyx İbn Useymin:

Əgər rəhbər günah edirsə, biz onun əməlinə pis baxırıq, amma onu eşidib itaət edirik.
Fərz edək ki, hansısa rəhbər içki içir, zina edir, yaxud hər-hansı günah işlədir.
Belə halda biz onun əməlinə pis baxırıq, bu işindən razı qalmırıq. Necə ki, bu haqda hədislərdə deyilmişdir.

Amma biz ona itaət etməkdə müxalif olmuruq.