Şeyx İbn Useymin (Allah rəhmət etsin) deyir:
İnsan müdrik olmalı və işin nəticəsini düşünməlidir. Sələfin zamanında yaşamış xəlifələrə nəzər salaq görək onlar alimlərə nələr ediblər?!
Məgər onlar alimləri öldürmürdülər?
Məmum adlı xəlifəyə baxsaq görərik ki, öz vaxtında Qurana məxluq deməyən neçə-neçə alimi qətlə yetirmişdi. O alimi öldürür və insanları Quranın məxluq olmasını söyləməyə məcbur edirdi.
Amma biz eşitməmişik ki, nə İmam Əhməd, nə də başqa alim hansısa məsciddə etiraza qalxsın. Onlar əsla belə iş görməyiblər.
Nə də eşitməmişik ki, camaat xəlifəyə nifrət etsin, ondan xoşlanmasın deyə onlar həmin xəlifənin eyiblərini camaat arasında yayırdılar.
İnsan digər ölkələrdə baş verənlərə baxdıqda dərk edir ki, fitnə heç vaxt xeyir gətirmir, yalnız şər gətirir. Qəlbləri yumşaltmaq, haqq söz üzərində birliyə səsləmək ən doğru addımdır, ən xeyirlidir.
Siz yalnız bu il ərzində gənclər arasında baş verən parçalanmaya diqqət edin. Bir qrup birinə, digəri isə başqasına nisbət edilir. Halbuki dünən bir qəlb, bir yumruq kimi idilər.
Bu hala düşməklərinin səbəbi, düşüncəsizlik və sələfin etdiklərinə nəzər salmamaqlarıdır.
Ona görə də mən bu addımların həm şəriət, həm də islahetmə baxımından səhv olduğunu söyləyirəm. Belə addımlar işi daha da çətinə aparır.