Sual: Bir nəfərə rəhbərə tənə etməmək barədə tövsiyə etdim, o isə buna görə məndən küsdü. Növbəti dəfə onunla qarşılaşanda ona salam verdim, o isə salamı qaytarmadı. Bundan sonra mən də onu tərk etdim. Buna görə mənə günah varmı?
Cavab: Bu xəvariclərdəndir. Rəhbərlərə qarşı təbliğat aparırsa o xəvariclərdəndir. Allah bizi qorusun. Onun rəhbərlərə qarşı belə etməyə haqqı yoxdur, çünki rəhbərin xüsusi (itaət) haqqı vardır. Məgər siz rəhbərsiz yaşaya bilərsiniz?!
Subhanallah, məgər bu adam rəhbərsiz gecələri evində rahat yata, yaxud küçədə və ya bazarda heç bir maneə olmadan gəzib-dolaşa bilərmi?!
Əlbəttə bütün bunlar rəhbərin mövcudluğu ilə mümkündür. Heç kəs rəhbərsiz keçinə bilməz.
Rəhbərlər üçün dua etmək lazımdır. Onlara işlərində kömək olmaq, Allaha asilik olmayan işlərdə itaət etmək lazımdır. Onları sözlə alçaltmaq, insanların yanında təhqir etmək olmaz.
Bu, xəvariclərin əməlidir. O kəslər ki, səhabələr onlarla döyüşməli oldular.
Onlarla döyüşdülər, ona görə ki, onlar yer üzündə fəsad törədirdilər.
Ona görə də sənin həm ona etdiyin tövsiyə, həm də onu tərk etməyin doğrudur. Madam ki, tövsiyəni qəbul etməyib onu tərk etməyin doğrudur. Tərk etmək kifayət deyil, insanları da ondan çəkindirməli, onun halını insanlara çatdırmalısan ki, həm onu, həm də onun ardıcıllarını tanısınlar. Bəlkə onlara da bir yol göstərilər.