Fətvalar Müsəlman hakimlərə münasibət

Mən bu rəhbərə beyət etməmişəm, ona itaət etməyim də vacib deyil – Şeyx Saleh əl-Fovzan (VIDEO)

Yüklə

Sual: Sualda deyilir ki, mən bu rəhbərə beyət etməmişəm (sədaqət andı içməmişəm) ona görə də mənim bu rəhbərə itaətim vacib deyil.

Cavab: Əgər o müsəlmanlardan deyilsə, onda itaət etmir. Əgər müsəlmandırsa o zaman müsəlmanların rəhbərinə itaət etməsi vacibdir.
Hər kəsin rəhbərə beyət etməsi vacib deyil. Əgər sayılıb-seçilən və elm adamları beyət ediblərsə, digərləri onlara tabe sayılır. Çünki bu hamının beyəti sayılır. Çünki müsəlmanlar hamı birdir.
Müsəlmanların hamısının xəlifəyə beyət etməsi görünməmişdir. Xəlifələrə alimlər, sayılıb-seçilənlər beyət ediblər. Onların beyəti digər müsəlmaların beyətini əvəz edib.
Çünki müsəlmanlar bir bədən kimidirlər. Hər kəsin beyəti zəruri deyil. Alimlərin və əmirlərin beyəti kifayət edir.