Fətvalar Müsəlman hakimlərə münasibət Şübhələrə rəddiyələr

Fasiq rəhbərə qarşı üsyan etmək isctihad məsələsidir? – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yüklə

Sual:

Fasiq rəhbərə qarşı üsyan etmək ictihad məsələsidir deyən haqqında nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Fovzan:

Allaha sığınıram, məgər bu ictihad məsələsidir?! Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu haqda, kəskin və aydın söz söyləmişdir. O demişdir ki, “əlinizdə Allah tərəfindən aydın sübutu olan açıq-aşkar küfrün isbatı olmadıqca, fasiq rəhbərə itaət edin.”

Üsyan etmək heç bir halda olmaz. Çünki bunun böyük fəsadları vardır: nahaq qan axıdılması, əminamanlığın korlanması və böyük fəsadlar.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) həddini aşan və zülm edən rəhbəri eşidib itaət etməyi əmr etmişdir. Çünki bu, üsyan nəticəsində dəyən ziyandan: özbaşınalıq, anarxiya və s. daha yüngüldür.

Sən özün zalım və fasiq rəhbər olan vaxt ilə, rəhbərsiz vaxtı müqayisə et. Belə haldan Allaha sığınırıq.