Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onu mədh etməyi və barəsində ifrata varmağı qadağan etmişdir. Əgər Peyğəmbər haqqında belədirsə, başqaları barəsində əsla ifrata varmaq olmaz.
Çünki bunun nəticəsi, uca Allaha aid olan haqqda məxluqun ortaq edilməsi ilə nəticələnir. Ona görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onu mədh etməyi qadağan etmiş və demişdir: “Xaçpərəstlər Məryəm oğlu barəsində ifrata vardığı kimi mənim barəmdə ifrata varmayın. Mən sadəcə Allahın quluyam. Siz də Allahın qulu və elçisi deyərək mənə müraciət edin.” (Buxari və Muslim rəvayət etmişdir).
İfrata varmaq tərifləməkdə həddi aşmaq deməkdir. Yəni, xaçpərəstlər İsanı mədh edib ifrata vararaq onun ilah olduğunu iddia etdikləri kimi, siz də məni tərifləyib həddinizi aşmayın. Mən sadəcə bir qulam. Siz də mənə Allahın qulu və elçisi deyərək müraciət edin. Yəni, mənim haqqımda bu qədər deməyiniz kifayətdir, çünki uca Allah məni bu qədər tərifləmişdir: “Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!” (əl-Kəhf: 1).