Sual:
Peyğəmbərin ﷺ “Oruc sizin oruc tutduğunuz, iftar sizin iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür” hədisinin mənası nədir?
Mufti AbdulAziz Ali Şeyx:
Hədisin mənası aydındır. İnsanlardan (camaatdan) ayrılıb tək başına oruc tutma! Ramazan hilalını (yeni doğmuş ayı) görərsənsə və insanlar sənin şahidliyini rədd edib onu təsdiq etməzlərsə, o zaman sən öz şahidliyinə etimad etmə (yəni, tək başına oruc tutma və ya orucunu açma!) Çünki yeni ayın doğmasını təsdiq edən də camaatdır.
Orucluq camaat oruc tutduğu gün başlayır. Həmçinin, əgər sən Şəvval ayının hilalını görərsənsə, orucunu açma! Camaata tabe ol (onlarla birlikdə ol) və öz şahidliyini tərk et.