Fətvalar İslam ayları və bayramları Məqalələr Ramazan

Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – Şeyx Fovzan


Sual:
Hörmətli şeyx, sual verən soruşur ki, siz Fransa əhalisi üçün belə bir fətva vermisiniz ki, onlar oranın (müsəlman) əhalisi ilə birgə oruc tutsunlar, baxmayaraq ki, oranın müsəlman şurası şəriət yolu ilə gözlə ayın görülməsinə deyil, astronomik hesablamalara əsaslanır. Sizin belə bir fətva verdiyiniz doğrudurmu?

Şeyx Saleh əl-Fovzan:
Bəli, doğrudur. Biz deyirik ki, öz ölkənizdə müsəlmanlarla birlikdə oruc tutun və parçalanmayın. İstər Fransa olsun, istərsə də başqa bir ölkə, fərq etməz. Müsəlmanlar peyğəmbərin ﷺ “Oruc sizin oruc tutduğunuz gün, iftar (yəni, bayram) isə iftar etdiyiniz gündür!” – hədisinə əsasən bir yerdə oruc tutur və birgə bayram edirlər ki, parçalanmasınlar və vahid camaat olsunlar.