Çəkindirmələr (təhzir) Fətvalar

Süleyman Ruheyli İŞİD barədə: Onlar hamısı Sünnədən uzaqlaşıblar

İslam hüququ alimi şeyx Süleyman Ruheyli (Allah onu qorusun) xəvariclər firqəsi və onların əlamətləri barədə xatırlatma etdikdən sonra, demişdir:

“Onların (xəvariclərin) ideologiyası budur və onlar (xəvariclər) İŞİD-in tərkibinə daxildirlər. Onların arasında xəvaric olan və xəvariclərin bütün əlamətlərini özündə daşıyan insanlar da, xəvariclərin bəzi əlamətlərini daşıyan insanlar da var.

Lakin, onlar hamısı Sünnədən uzaqlaşıblar. Onlar islam icmasına zərər vurur, islam icmasına qanuni cihad aparmağa mane olur və Əhli-Sünnənin mürtəd və münafiq olduğunu və onların öldürülməsinin yəhudilərin və xristianların öldürülməsindən vacib olduğunu bəyan edərək, öz silahlarını onlara qarşı istifadə edirlər. Müqəddəs Ramazan ayında israillilər Qəzzaya zərbə endirdilər və çoxlu sayda müsəlmanı qətlə yetirdilər.

Onlar (İŞİD) müsəlmanları qorumaq üçün İraqdan və Suriyadan Fələstinə yollandılarmı? Yox, Allaha and olsun ki, onlar bunu etmədilər! Əksinə, onlar Səudiyyə Ərəbistanının – tövhid və Sünnə ölkəsinin sərhədlərinə tərəf yönəldilər. Cümə günü, Ramazanın ilk cümə günü Cümə namazı zamanı onlar (İŞİD-li xəvariclər) hücum etdilər.

Çünki onlar bilirdi ki, səudiyyəli hərbçilər Cümə namazını qılır. Onlar mühafizə dəstələrinin yerləşdiyi yerdə avtomobili partlatdılar və ölkəyə daxil oldular. Onlar ölkənin (Səudiyyə Ərəbistanının) daxilində fitnə törətməyə cəhd etdilər, lakin Allah onları dəstəksiz qoydu”.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb