Birinci xütbə:
Həmd olsun bizə Kitablarının ən yaxşısını nazil edənə, Rəsulların ən üstününü göndərənə, bizim üçün dinini tamamlayana. Ona bizim üçün razı olaraq göndərdiyi İslama görə həmd olsun. Ona Qurana görə həmd olsun. Ona sabitliyə və afiyətə görə həmd olsun. Odur bizi bunlara yönəldən. Əgər O bizə hidayət yolunu göstərməsəydi, biz hidayət olmazdıq.
Şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur. O təkdir, şəriki də yoxdur. Şahidlik edirəm ki, Məhəmməd Allahın qulu, Rəsulu, xəlili və yaratdıqlarının ən yaxşısıdır. O, risalətini çatdırdı, əmanəti yerinə yetirdi, ümmətə nəsihət edərək gecəsi gündüz kimi olan bir yol üzərində buraxdı. O yoldan azan həlak olar. Bütün məxluqatın ağasına, möminlərin anaları olan onun həyat yoldaşlarına, pak əhli- beytinə, onun səhabələrinə, tabeinlərə, gözəl işlərdə onların da ardınca Qiyamətə qədər gedənlərə Allahın salavat və salamı olsun.
Özümə və sizə Uca Allahdan qorxmağı tövsiyə edirəm. Həqiqətən də, Allahdan qorxmaq mömin üçün dünyada azuqə, Axirətdə isə nicat və ucalıqdır. Allahdan qorxmaqla ruzi əldə edilir və çətinlik aradan qaldırılır.
Allah-Təala buyurur: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər”. (“ət-Talaq”, 2-3) “Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər”. (“ət-Talaq”, 4)
Ey Allahın qulları, həqiqətən də, Uca Allahın qullarına olan kəramət və minnətindəndir ki, onlara dini duyğular daşıyan qəlblər verib. Əgər qullar o qəlbləri səmərəli istifadə edərək Allahın və Rəsulunun (Allahın ona salavat və salamı olsun) sevgisi ilə doldurar və o iki məhəbbəti bir-birindən söz, əməl və təsəvvür ilə ayırmazlarsa, o qəlblərlə Allaha tərəf yüksəlmiş olarlar. Əlbəttə ki, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevmək Allahı sevməkdir. Kim Onun Peyğəmbərini (Allahın ona salavat və salamı olsun) sevməzsə, Allahı sevdiyini, Kəbənin yanında and içsə belə, sevmiş sayılmaz. Çünki Uca Allah buyurur: “(Ey Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. (“Əli İmran”, 31)
Həqiqətən də, Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun), Adəm övladının ağası və Allahdan bizə hədiyyə edilən bir rəhmət və nemətdir.
Kim ona itaət edərsə, artıq Allaha itaət etmiş olar.
“Kim Peyğəmbərə itaət edərsə, artıq Allaha itaət etmiş olar”. (“ən-Nisə”, 80)
Kim ona beyət edərsə, Allaha beyət etmiş olar.
“(Ey Peyğəmbər! Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar”. (“əl-Fəth”, 10)
Onun qərarları elə mehz Allahın qərar və hökmləridir.
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”. (“ən-Nisə”, 65)
Allahu Əkbər! Bunlar necə də əzəmətli ayələrdir. Məhəbbət və tabeçilik məzmunlu, mənaları da olduqca böyükdür.
O elə bir Peyğəmbərdir ki, “Sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizin (iman gətirməyiniz) üçün can atan, möminlərə qarşı şəfqətli, mərhəmətlidir”. (“ət-Tövbə”, 128)
Ey Allahın qulları, ümmətin yüksəlməsi, qüvvəti, izzəti və düşmənlərinə qələbəsi – bütün bunlar onların sözlərində, zahiri və batini fellərində Peyğəmbərinə(Allahın ona salavat və salamı olsun) olan sevginin ölçüsünə bağlıdır. Kim bu ümmətin qələbə, möhkəmlik və digər ümmətlər arasında yüksəklik dolu tarixini oxuyarsa, bunun doğruluğuna yəqinliklə şahid olacaqdır. Ümmətimizin zəifləyərək ruhdan düşməsinin səbəbi yalnız Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sevgisində zəifləmələri və onun yolundan uzaqlaşaraq ona və sünnəsinə kömək göstərməmələri olmuşdur. Vəziyyət o həddə çatmışdır ki, hətta, əqli onun danışdığı vəhydən üstün tutmalarına görə, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) tənə edilməsinə gətirib çıxartmışdır.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sevgisində zəifləyən və ona yardım etməkdə təqsirkar olan ümmət zəlilliyə, zəifliyə və digər ümmətlərin onun üzərində qələbəsinə məhkumdur. Necə də olmasın ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizlərdən hər birinizə mən atasından, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş sayılmazsınız”. (Buxari və Müslim rəvayət etmişdir)
“Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olmaları üçün yol verməz!”. (“ən-Nisə”, 141)
Kim bu ayə və hədisə fikir versə, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevənin iman etməsini və iman edənin də kafirlərin əsarətinə düsməsinin mümkünsüz olduğunu dərk edər. Onların ümmətdə fərdi və ya toplum olmaları fərq etməz. Əgər ümmət Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həqiqi sevgisində və ona köməkdə zəiflədiyinə görə zəifləyərsə, bu qaydaya görə ümmətin onu sevməməsinə dəlalət etmir. Əlbəttə, bu səhv anlayışdır. O qaydadan məqsəd hər bir şeydən onun əmrini, hökmünü və köməyini üstün tutmasına səbəb olan sevginin kamil şəkildə olmamasıdır. Həqiqətən də, şər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sevgisinin kamil şəkildə olub olmaması ilə bağlıdır. Artıq Allah-Təala buyurur: “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan qorxsunlar!” (“ən-Nur”, 63)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ömərin (Allah ondan razı olsun) əlindən tutmuşdu. Ömər ona dedi: “Ey Rəsulullah, sən mənə özüm xaric hər bir şeydən sevimlisən”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona dedi: “Canım əlində olana (Allaha) and olsun ki, sənin özündən də sənə sevimli olmalıyam”. Ömər (Allah ondan razı olsun) ona dedi: “And olsun Allaha ki, indi sən mənə özümdən də sevimlisən”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “İndi (vacib olanı dedin), ey Ömər”. (Buxari rəvayət etmişdir)
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Ona (Allahın ona salavat və salamı olsun) mədh, səna deməyi, təzim və hörmət etməyi dirçəltmək bütün dini dirçəltməkdir. Bu hisslərdən məhrum olmaq isə, bütün dinin yıxılmasıdır”.
Allah-Təalanın Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) barədə dediyini xatırlayın: “Əgər ona itaət etsəniz, doğru yolla getmiş olarsınız”. (“ən-Nur”, 54)
Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevmək nə xəyalın, nə də gücün çatmadığı bir vacib tapşırıq verilib demək deyildir. Əksinə, o sevgi elə bir mənəviyyat, qəlb rahatlığı və xoşbəxtlikdir ki, onu yalnız qazanan hiss edə bilər. Ondan uzaq duran və dəyərini aşağılayan insanın qəlbi, ancaq qan nəql edən bir orqandan başqa bir şey deyildir! Bu cür hal qəlbləri daş olan və onu Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) qafil edəcək şeylərlə dolduran dünya tacirlərinin halıdır. And olsun Allaha ki, bu, Allahın səmimi, saleh qullarının və Onun Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) səhabələrinin halı deyildir.
Qureyş tərəfindən Hüdeybiyyə sülhündə iştirak edən Urva ibn Məsud səhabələrin (Allah onlardan razı olsun) Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) olan hörmətini vəsf edərək deyir: “And olsun Allaha ki, kralların, çarların, kisranın və nəcaşinin yanında oldum. And olsun Allaha ki, Məhəmmədin (Allahın ona salavat və salamı olsun) səhabələrinin Məhəmmədə (Allahın ona salavat və salamı olsun) hörmət etdiyi kimi hörmət edilən kral görmədim. Onlara əmr edən zaman həmən əmrinə tabe olar O, danışan zaman səslərini onun yanında kəsər və təzim olaraq gözlərini ona dikməzdilər”. (Buxari rəvayət etmişdir)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Əbu Eyyub əl-Ənsarinin (Allah ondan razı olsun) evində qonaq olan zaman Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onun evinin aşağı mərtəbəsində, Əbu Eyyub isə yuxarı mərtəbəsində idi. Gecə yatdığı zaman Əbu Eyyub özlüyündə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) aşağıda olduğu evin üstündə və vəhy ilə onun arasında olduğunu xatırladığı üçün yatmır. Çəkinir ki, tərpənməsi ilə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) üstünə toz düşər və ona əziyyət verər. (Müslim rəvayət etmişdir)
Ey Allahın qulları, bilin ki, izzət, ucalıq və mökhəmlik belə sevgi ilə olur. İbn əl-Qayyim (Allah ona rəhmət etsin) deyib: “Məqsəd budur ki, izzət və qələbə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) tabe olmağın qədərincə olur. Eləcə də, hidayət, qurtuluş və nicat ona (Allahın ona salavat və salamı olsun) tabe olmağın qədərincə olur. Uca Allah iki dünyanın xoşbəxtliyini Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) tabeçiliklə bağlamış və hər iki dünyanın bədbəxtliyini isə ona müxalif olmaqda etmişdir. Ona tabe olanlar üçün dünya və axirətdə doğru yol, təhlükəsizlik, qurtuluş izzət, ləzzət, başçılıq, qüvvət və gözəl yaşam, ona əks olanlar üçün isə dünya və axirətdə zəlillik, həqirlik, qorxu, zəlalət, alçaqlıq və bədbəxtlik vardır.
Ey Allahın qulları, Allahdan qorxun. Artıq siz bunu bildiniz və buna əməl edin. Həqiqətən də, müvəffəqiyyət qazanan Allahın müvəffəq etdiyidir.
Allah-Təala buyurur: “Sizə özünüzdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizin (iman gətirməyiniz) üçün can atan, möminlərə qarşı şəfqətli, mərhəmətlidir”. (Ey Peyğəmbər,) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa (haqq) ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin sahibidir!” (“ət-Tövbə”, 128,129)
İkinci Xütbə:
Bizə yaxşılıqlar etdiyinə görə Allaha həmd olsun. Bizi müvəffəq etdiyinə görə şükr də, minnət də yalnız Onun üçündür.
Ey Allahın qulları, Allahdan qorxun və bilin ki, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) tabe olmadan onu sevmək yalnız onu iddia edənin boğazından keçməyən iddiadan başqa bir şey deyildir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Allah üçün təvazökarlıq edənlərin ən yaxşısı olduğunu bildiyi halda onu sevən necə təkəbbürlük edir?! Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) insanların ən adili olduğunu bildiyi halda onu sevən necə zalımlıq edir?! Necə xainlik, oğurluq edir və necə öldürür?! Buna uyğun bir çox misallar çəkmək olar…..
Bəzi cansızların və heyvanların belə, bəzən ağlı olan və dərk edən bəşər övladlarından Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) məqamını daha uca tutması məhrumiyyət və iflasa uğramaq deyilmi?!
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mən Peyğəmbər olmamışdan qabaq Məkkədə mənə salam verən bir daş tanıyırdım. Onu indi də tanıyıram”. (Müslim rəvayət etmişdir)
Əli (Allah ondan razı olsun) belə deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə Məkkədə idim. Məkkənin bəzi yerlərinə getdik. Onunla üz-üzə gələn hər bir dağ və ağac “ey Rəsulullah, Allahın sənə salamı olsun” deyirdi”. (Tirmizi rəvayət etmişdir)
Buxari “Səhih” ində rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ağac kötüyü üzərində xütbə verirdi. Minbərdə xütbə verməyə başlayan zaman kötük dəvə iniltisi kimi inildəməyə başladı və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanına gələrək əlini ona sürtüb sakitləşdirdi.
Ey Allahın qulları, əgər cansız əşyaların salam verməsinə və inildəməsinə təəccüblənirsinizsə, bu daha da təəccüblüdür. Belə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ənsardan olan bir kişinin bostanına girdi. Orada olan dəvə Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) görən kimi inildədi və gözlərindən yaş töküldü. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onun yanına gələrək əlini başına sürtdü, dəvə sakitləşdi. Soruşdu: “Bu dəvənin sahibi kimdir? Bu dəvə kimindir?” Ənsardan olan bir gənc gələrək “mənimdir, ey Rəsulullah” dedi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Allahın sənə verdiyi bu heyvana görə Allahdan qorxmursan?! O, mənə onu ac saxladığını və yorduğunu şikayət etdi”. (Əhməd və Əbu Davud rəvayət etmişdir)
Lə iləhə illəllah! (İbadət və itaət ilə) mükəlləf olmayan məxluqların Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) olan təzimini eşidəndə adam utanır. Bizim o təzimdə olan təqsirkarlığımız bizi onu köməksiz buraxmağımıza, ona olan istehzadan, onun sünnəsinə və şəriətinə olan təhqirdən qoruya bilməməyimizə gətirib çıxarmışdır. Həsən əl-Basri (Allah ona rəhmət etsin) deyib: “Ey müsəlmanlar, hətta, taxta parçası belə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə görüşmək üçün inildəyir. Siz onun üçün darıxmaqda daha haqlısınız”.
Ey Allahın qulları, onu sevməyən onun üçün necə darıxa bilər?! Onu sevməyən ona necə kömək edə bilər?! Onun əmrini və qadağasını ağır görən onun üçün necə darıxar?! Peyğəmbər üçün darıxan yalnız onun (Allahın ona salavat və salamı olsun) sevgisi qanında axaraq damarlarında gəzən, onun dillərinə və qəlblərinə malik olduğu qövmdir ki, (şair demişkən) belə deyərlər: “Həqiqətən də, mənim atam, onun atası və mənim şərəfim Məhəmmədin (Allahın ona salavat və salamı olsun) şərəfi üçün sizin aranızda bir qalxandır”.
İstehza edənlərin istehzası və inadkarların təkəbbürlüyü Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) heç bir zərər vura bilən deyildir. Artıq Allah -Təala ona kifayət olduğunu bu ayəsində buyurur: “Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik”. (“əl-Hicr”, 95)
Hətta, Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Bəzi sələflərdən rəvayət olunur ki, onlar kafirlərin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) arxasınca danışaraq istehza etdiklərini eşitdikləri zaman fəth və izzətin yaxınlaşdığı ilə bir-birilərini müjdələyərdilər. Çünki Allah-Təala Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) buyurur: “Həqiqətən də, sənin düşmənin özü sonsuzdur”. (“əl-Kovsər”, 3)
Bu, Allahın Rəsulları ilə istehza edən hər bir kəsin aqibətidir.
Allah-Təala buyurur: “Artıq səndən əvvəlki Rəsullara da istehza edilmişdi. Amma istehza edənləri, istehza etdiklərinin özü məhv etdi”. (“əl-Ənam”, 10)
İslam ümmətinin nicatı Allah-Təalanın bu sözünün həyata keçməsi ilədir.
Uca Allah buyurur: “Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla nazil olan nurun (Quranın) ardınca gedənlər nicat tapanlardır!” (“əl-Əraf”, 157)
Bu qədər… Allah sizə rəhm etsin. Yaradılmışların ən xeyirlisi, bəşəriyyətin ən təmizi, hovuz və şəfaət sahibi Məhəmməd ibn Abdullaha salavat deyin. Allah-Təala Özü ilə başladığı və mələkləri ilə ikiləşdirdiyi bir şey ilə, ey möminlər, sizə xitab edərək buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat deyirlər. Ey iman gətirənlər! Siz də ona salavat deyib layiqincə salamlayın!” (“əl-Əhzab”, 56)