Uca Allah buyurur: “Etibar olunmuş şəxs əmanəti geri qaytarsın!” (əl-Bəqərə, 83) Bu ayə bir qardaşın digər qardaşa etibar edib əmanət verməsi və şahid tutması, habelə əhəmiyyətli bir şey olmadan girov tələb etməmək üçün nazil olub. Lakin nazil olan bu ayə tək səbəbkar olan şəxslərə deyil, hamıya aid edilir. Burada məqsəd bütün əmanətlərin sahiblərinə qaytarılmasının vacibliyidir.
Əbu Hureyrənin peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisə qeyd edildiyi kimi, öyüd-nəsihət də bu qəbildəndir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Nəsihət verən etibar olunan şəxsdir. Həmçinin, elmsiz fitvaların başında durmaq da əmanətə aid bir məsələdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim elmsiz olaraq fitva verərsə, qazanılan günah həmin şəxsin boynunadır. Kim həqiqətin başqa yolda olduğunu bilə-bilə müsəlman qardaşına tamam başqa bir yolu göstərərsə, ona xəyanət etmiş olar. Həmçinin, yetim malının qorunması və onun dağıdılmasına göz yummamaq əmanət hesab olunur. Allah taala buyurur: Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (ən-Nisə, 10) Hətta ərlə arvad yataqlarındakı sirrləri və aralarında baş verənləri qoruyaraq başqalarına danışmamaları əmanətin bir hissəsidir. Peyğəmbər bunun elan edilməsini qadağan etmiş, bu işdən insanları çəkindirmişdir. Kişi öz ailəsinə, dövlət başçısı vətəndaşlarına, hakim tabeliyində olanlara görə məsuliyyət daşıyır. Müştərək iş sahiblərinin şərikliyi belə əmanət və etibar üzərində qurulmalıdır. Əbu Hureyrənin rəvayət etdiyi hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Uca Allah buyurur ki, iki şərik bir-birilərinə xəyanət etmədikcə mən onların üçüncüsüyəm. Əgər biri digərinə xəyanət etsə mən onların arasından çıxaram”.
Beləliklə, əmanətin və etibarən İslam dinində fərdlərin bütün əlaqələrini və əməllərini əhatə etməklə geniş məna daşıdığının şahidi oluruq. Təmim əd-Daridən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir. Dedilər: Kimin üçün ya, rəsulullah? Dedi: “Allah üçün, Onun kitabı üçün, Onun rəsulu üçün, müsəlman rəhbərlər üçün və ümumilikdə hər kəs üçün!”