Məqalələr Şübhələrə rəddiyələr Sufilər

Xələf alimlərin sünnə ilə hökm vermək əvəzinə ona hökm etmələri – Şeyx Albani

Səhabə və tabiinlərdən sonra sünnəyə fikir verməyən bir tayfa meydana çıxdı. Bunun səbəbi isə bəzi fəlsəfə, fiqh və üsul alimlərinin özlərindən müəyyən qaydalar qoymaları idi. Bunun nəticəsində sünnənin bir çox hissəsində şübhələr yaratdılar. Onlar sünnənin bir hissəsini həmin qaydalara zidd olduğuna görə rədd etdilər. Onlar Quran ayəsində deyilən “Peyğəmbəri hakim tutmaq” mənasına əsaslanmaq əvəzinə, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsini öz qayda-qanunlarına tabe etdilər. Bundan sonra öz qaydalarına uyğun olanı götürür, digərlərini isə rədd edirdilər.

Bu səbəblərə görə Peyğəmbərlə (Ona Allahın salavatı və salamı olsun) müsəlmanlar arasında əlaqə kəsildi. Onlar Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) tanımayaraq onun əqidəsindən, həyatından, ibadətindən, orucundan, namazından və həccindən bixəbər oldular. Sən onlardan bu hökmlər haqda soruşduqda sənə zəif və ya uydurma hədislə, yaxud filankəsin məzhəbində belədir deyərək cavab verərlər. Onların bu rəylərinin səhih hədisə müxalif olduğunu dedikdə isə buna əhəmiyyət verməzlər. Çünki mövcud şübhələr buna imkan vermir. Ümumiyyətlə bütün bunların səbəbi dediyimiz o qayda-qanunlardır. Inşallah fəslin axırında onların bəzilərini qeyd edəcəyik.

Bu bəla hətta əsrimizdə olanlara da yetişmişdir. Günümüzdə olan kitablar, dini jurnal və qazetlərin əksəriyyəti Quran və sünnə əsasında yazmır və onunla fətva vermirlər. Bu işdə çox az insanlar müstəsna ola bilər. Bu gün çox insanlar dörd məzhəbə əsaslanırlar. Çətinliyə düşdükdə bir məzhəbdən digərinə üz tuturlar. Lakin Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsini isə təmamilər unudurlar. Demək olar ki, çox vaxt sünnəyə heç nəzər belə salmazlar.

Şeyx Məhəmməd Nasirəddin əl-Albani