Hədis və şərh Məqalələr

Kim Cənnət əhlindən olan kimsəni görmək istəyirsə bu adama baxsin

DÖRDÜNCÜ HƏDİS
KİM CƏNNƏT ƏHLİNDƏN OLAN KİMSƏNİ GÖRMƏK İSTƏYİRSƏ BU ADAMA BAXSIN

Əbu Hureyrə (A.r.o.) deyir ki, “bir nəfər bədəvi Peyğəmbərin (s.a.v.) yanına gəldi və dedi: Mənə elə bir əməl göstər ki, mən onu etməklə cənnətə daxil ola bilim. Peyğəmbər (s.a.v.) dedi: Yalnız Allaha ibadət et və heç bir şeyi ona şərik qoşma, fərz namazları qıl, vacib zəkatı ver və Ramazan ayını oruc tut”. Bədəvi dedi: Canım əlində olan Allaha and olsun ki, buna heç nəyi əlavə etməyəcək, nə də azaltmayacağam. Sonra o üzünü çevirib getdikdə Peyğəmbər (s.a.v.) dedi: “Kim cənnət əhlindən olan kimsəni görmək istəyirsə bu adama baxsın”[1] Buxari və Müslim.

Bu böyük əsasa dəlalət edən çox hədislər vardır. Bu hədislərin dəlalət etdikləri mənalar eynidir, yaxud bir-birinə çox yaxındır. Belə ki, kim Allahın ona fərz buyurduğunu və barəsində vaciblik şərtləri tamamlanmış əməlləri yerinə yetirər, fərz əməlləri edər və haram işlərdən çəkinərsə o insan cənnətə daxil olmağa və cəhənnəmdən qurtulmağa layiq görülər. Kim bu vəsflərə yiyələnərsə həmin adam İslam və İman adlarına layiq olar. Nicat tapmış müttəqilərdən və siratəl-müstəqim yolu ilə gedənlərdən olar.

[1] Buxari: № 1333. Müslim: № 14. Əhməd: 2, 343.