Məqalələr Quran və təfsir

Dəvət elmə əsaslanmalidir

Uca Allah buyurur ki:
“[Ya Rəsulum!] De: “Bu mənim yolumdur. Mən və mənə tabe olan [möminlər] açıq-aşkar bir dəlillə Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!” (Yusuf, 12/108)
1. Hafiz İbn Kəsir ayənin təfsirində deyir ki:
Uca Allah cinlərə və insanlara göndərdiyi Elçisinə (sallal¬lahu əleyhi və səlləmə) insanlara aşağıdakıları xəbər verməsini əmr etmişdir: Onun bu yolu və Sünnəsi vahid və tək olan, şəriksiz olan Allahdan başqa heç bir tanrı olmadığına şahidlik etməyə dəvətdir. O (sallallahu əleyhi və səlləm) və Ona tabe olanlar bu müddəaya əsaslanaraq, şübhəsiz ki, təfəkkür və şəriətcə qəti bir dəlillə Allaha də¬vət edirlər.
Uca Allahın: “Allah pakdır, müqəddəsdir” buyruğu: “mən Onun şəriki, bənzəri, tayı-bərabəri, övladı, anası, arvadı, kömək¬çisi və yaxud da söhbət üçün bir kimsəsinin olmasından Onu uzaq və pak sayır, müqəddəs hesab edir və Ona səcdə qılıram” kimi qəbul edilməlidir. Allah bütün bunlardan tamamilə uzaqdır, müqddəsdir və bərabəri yoxdur. (II, 495)

2. Təbəri də belə deyir: Uca Rəbbimiz peyğəmbəri Məhəmmədə (sallallahu əleyhi və səlləm) deyir ki: “Ey Məhəm¬məd, de ki, Allahın təkliyinə, bütün yalançı tanrıçaları və bütləri kənara ataraq yalnız Ona itatə etməyə, günahlardan azad olmaq üçün Ona ibadətə dəvət etməkdən ibarət olan bu iş mənim yolumdur və mənim dəvətimdir. Mən vahid və tək olan, şəriksiz olan Allaha dəvət edirəm”.
Mən bunları qəti “bir bəsirətlə”, yəni yəqinlik və elmlə dəvət etdiyim kimi, eynilə, mənə tabe olan, məni təsdiq edən və mənə iman gətirənlər də həmin fərasətlə bu yola dəvət edərlər.
“Allah pakdır, müqəddəsdir” buyruğu: “Allah səltənə¬tində şəriki olmayan və yaxud Onun hökmranlığından kənarda hər hansı bir məbudun olmasından uzaqdır, pakdır və çox böyükdür” anlamını bildirir.
“Mən müşriklərdən deyiləm”. Mən Ona şərik qoşanlardan uzağam. Onlardan deyiləm, onlar da məndən deyillər. (Təbəri, Cəmiul-Bəyan, XVI, 290, Mahmud Şakirin araşdırması ilə)

Ayədən və təfsirindən çıxan nəticələr
1. Allahın tövhidinə və tövhidin bütün hallarda birinci qəbul edilməsinə dəvət etmə hökmü verilmişdir.
2. Tövhid – Allahdan başqa heç bir tanrının olmaması (yə¬ni, Allahdan başqa haqq məbudun olmadığı) ilə ifadə edilir.
3. Dəvətçi din məsələlərində elm və bəsirətlə dəvət etməlidir. Məhz belə olduqda o, insanlar üçün faydalı olar. Biliksiz cahil isə faydadan çox zərər verər.
4. Uca Allah Zatında və sifətlərində şərikdən pak və uzaqdır.
5. Şirkdən uzaq olmaq lazımdır. Şirk – ibadət növlərindən hər hansı birini Allahdan qeyrisinə yönəltməkdir. Ölüləri və ya hazırda mövcud olmayanları köməyə çağırmaq (onlara dua etmək) və yaxud da İslama məxsus olmayan hökmləri yerinə yetirməkdir.
6. Elm söz və əməldən əvvəl gəlir. Çünki Uca Allah: “Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur…” (Məhəmməd, 47/19) – deyə buyurmuşdur. Buxari də öz “Səhihində” “Elmin söz və əməldən əvvəl gəldiyi” barədə bəhs etmişdir.
Bildirirəm ki, müslmanın bilik əldə etməmişdən əvvəl dəqiq bir söz söyləməsi, ya da doğru bir əməl işlətməsi mümkün deyil.