Məqalələr

Cümə axşamı və cümə günü salavat barədə

Peyğəmbər (sallallahu əleyhi vasəlləm) demişdir:
Cümə günü və cümə axşamı mənə çox salavat duası oxuyun.Kim bir dəfə mənə salavat duası oxuyarsa, Uca Allah da ona on dəfə xeyir-dua edər.(Sahih əl-Cəmi,1209)

İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
Cümə axşamından cümə günü axşam namazına kimi olan müddət hər saniyəsi savablarla dolu xəzinədir.

Uca Rəbbimiz bizləri nur üzlü peyğəmbərimizlə (sallallahu əleyhi vasəlləm) bərabər Firdovs cənnətində bir olmağı nəsib etsin. Amin!

salavatı aşağıdakı formalarda demək olar;

1)Allahummə salli alə Muhammədin və alə əli Muhəmməd.
2)Allahummə salli va səllim alə Muhamməd.
3)Sallallahu aleyhi vasəlləm.

“Cümə günü elə bir gündür ki, bu günü ibadət üçün ayırmaq, bəyənilən/müstəhəb əməllərdəndir. Vacib və müstəhəb ibadətlərin növünə görə bu günün başqa günlərdən üstünlüyü vardır.

Uca Allah, ibadətə ayırmaları və dünya işlərindən azad olmaları üçün, hər millətə bir gün təyin etmişdir. Cümə günü də məhz – ibadət günüdür.

Cümə gününün digər günlərə olan üstünlüyü – Ramazan ayının digər aylara olan üstünlüyü kimidir. Bu gündə olan ‘duaların qəbul olunma vaxtı’, Ramazan ayında olan Qədr gecəsi kimidir. Bu səbəblə də, kimin cümə günü doğru və salamat olarsa, həmin şəxs növbəti cümə gününə qədər salamat olar. Kimin Ramazanı doğru və salamat olarsa, qalan bütün ili də salamat olar. Kimin həcci doğru və salamat olarsa, qalan bütün ömrü də doğru olar.

Cümə günü həftənin tərəzisi, Ramazan ilin tərəzisi, Həcc isə ömrün tərəzisidir. Müvəffəqiyyət Allahdandır..”

(İbn əl-Qayyim, “Zədul-Məad”, 158)