Məqalələr

Rəbbani bir alimdən qiymətli və təsir edici bir nəsihət

Əsrimizin fəqihi şeyx Alləmə ibn Useymin -Allah ona rəhmət etsin- belə deyir:

İnsan gərək ömrünü saleh əməllər etməklə keçirə və ona verilmiş olan bu həyatdan saleh əməllərini artırmaq üçün istifadə edə.

Çünki O, əgər ömrünü, ona verilmiş olan həyatını, vaxtını və saatlarını Allaha yaxınlaşmaq üçün istifadə edib keçirməyibsə mütləq peşman olacaqdır!

Həyatında yaşadığın və boşu boşuna keçirdiyin hər bir saat və vaxtın hansı ki, sən o vaxtda Allaha yaxınlaşmaq (üçün saleh əməllər etməmisən) həmin vaxt sənin üçün peşmançılıq və xusran olacaqdır , çünki sən, sənə verilmiş fürsəti qaçırdın və heç bir fayda əldə edə bilmədin.

Nə qədərki möhlət diyarındasan fürsətin var, o fürsəti

??Namaz qılmaqla,

??Allahı yad edib xatırlamaqla,

??Quran oxumaqla

??Allah əzzə və cəlləyə bağlı olmaqla dəyərləndir.

Qəlbini daima Allah -subhənəhu və təalə- ilə bərabər et.

Sənin Rəbbin göydə sən isə yerdəsən. Allahı dilinlə, əzalarınla və qəlbinlə yad edib xatırlamaqdan qafil olma.

Şübhəsiz ki, dünya kimsəyə qalmadan gedər və bitər. Bax səndən əvvəl olub keçən ümmətlərə. Bax səndən əvvəl ölüb gedən dostlarına.

Dünən onlar səninlə bərabər bir yerdə idilər. Yediyin kimi yeyər, içdiyin kimi içər və eynən sənin kimi ( yeyib içmələrindən) ləzzət alardılar. İndi isə onlar öz əməllərinin (əsiri və) girovuna çevriliblər.

(Onların getdiyi yerə və düşdüyü hala) səndə düşəcəysən. İstər uzun yaşa istərsədə qısa.

Uca Allah belə buyurur:

يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ

Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
(Sura Al-Inshiqaq, Ayah 6)

Ey qardaşım fürsəti əldən vermə , fürsəti əldən vermə. (Nə qədərki fürsət var onu layiqincə dəyərləndir.)

Qiyamət günü sənə nə mal, nə oğul uşaq, nədə ailən fayda verməyəcəkdir.

Sənə yalnız Allahın qarşlsına sağlam qəlblə gəlmən fayda verəcəkdir.

Allahdan məni və sizi Rəbbinin qarşısına sağlam qəlblə gələnlərdən etməsini , canımızıda iman və tovhid üzərində almasını istəyirəm. O hər şeyə qadir olandır.”

_? شرح رياض الصالحين -١٥٤ ٥/١٥٣_

❒Fayda:

يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ

O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.

إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”

(Sura Ash-Shu’ara, Ayah 88-89)

?Osman Sələfi (Allah onu qorusun)