Bayram iki rükətli səslə qılınan namazdır.
◾️ Birinci rükətdə
• İhram təkbiri (namazda ilk açılış təkbiri – (Allahu Əkbər) deyilir.
• Sonra 7 dəfə təkbir edilir (Allahu Əkbər deyilir).
• Sonra istiftəh duası oxunur.
• Sonra Fatihə surəsi və Qurandan bildiyiniz başqa bir surə oxunulur.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) rükuya gedilir və 3 dəfə “Sübhənə Rəbbiyəl Əzim” deyilir.
• Sonra “Səmi Allahu limən həmidə. Rəbbənə valəkəl həmd” deyilir və rüküdan qalxılır.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) səcdəyə gedilir və 3 dəfə “Sübhənə Rəbbiyəl Əla” deyilir.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) səcdədən qalxıb oturulur və 2 dəfə “Rəbbiğfirli” deyilir.

• Sonra təkbir edib (Allahu Əkbər deyilir) səcdədən ikinci rükətə qalxılır.
◾️ İkinci rükətdə
• Təkbir edib ikinci rükətə qalxdıqdan sonra daha 5 dəfə təkbir edilir (Allahu Əkbər deyilir).
• Sonra Fatihə surəsi və Qurandan bildiyiniz başqa bir surə oxunulur.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) rükuya gedilir və 3 dəfə “Sübhənə Rəbbiyəl Əzim” deyilir.
• Sonra “Səmi Allahu limən həmidə. Rəbbənə valəkəl həmd” deyilir və rüküdan qalxılır.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) səcdəyə gedilir və 3 dəfə “Sübhənə Rəbbiyəl Əla” deyilir.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) səcdədən qalxıb oturulur və 2 dəfə “Rəbbiğfirli” deyilir.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) səcdəyə gedilir və 3 dəfə “Sübhənə Rəbbiyəl Əla” deyilir.
• Sonra təkbir edib (Allahu Əkbər deyilir) səcdədən qalxıb oturulur və təşəhhüd tam axıra kimi (Salavat və dua da daxil olmaqla) oxunur.
• Sonra sağ və sol tərəfə “Əssələmu aleykum və Rəhmətullah” deyilərək salam verilir və namaz bitirilir.
Bayram namazı evlərdə qılındığı üçün xütbə verilmir.
? Hazırladı: Səid İsrafilov