Həmd və təriflərin hamısı Allaha məxsusdur. Allahın salamı və salavatı Allahın elçisinə sallallahu aleyhi və səlləm, onun səhabələrinə və onun hidayətinə tabe olanların üzərinə olsun.
Bundan sonra bildirirəm:
Fransada, Marseillesdə
Əs-Sünnə Məscidinin İmamı,
qardaşımız Muhəmməd Abdul Hadiyə.
Allah ona müvəffəqiyyət bəxş etsin, onun yolunu sabit etsin və hidayətini və bəsirətini artırsın.
Sizə və Fransada olan bütün qardaşlarımıza Allahın salamı, rəhməti və bərəkəti olsun. Sələfin mənhəccini düzgün anlamamaları və sələfin parçalanmaya necə nifrət etdiyini, daha doğrusu Allah və Onu Rəsulunun parçalanma və ixtilafa nifrət etmələrini düzgün başa düşməmələrindən dolayı, sadəcə filan və filan ixtilafdan dolayı, Sələfi gəncləri arasında baş verən ixtilaflarda bu barədə sizin yüksək və həssas fikir və düşüncələrinə görə sizə öz təşəkkürümü bildirirəm.
Şeyx Rabi ibn Hadi əl-Mədxəli
Məlumat mənbəyi: www.rabee.net
Kateqoriya: Alimlərin nəsihəti
Allahın Dini və Sələfin Mənhəci, çoxları tərəfindən başa düşüldüyü kimi, doğrudan da: ən kiçik səbəblərdən dolayı ixtilaf, düşmənçilik və ayrılma baş verdiyi şəkildə deyil.
Ayrılmaya gətirib çıxaran kiçik səbəblərdən biri budur ki, filankəs və filan, filan və filan kəs haqqında belə danışır, beləcə bir dəstə qardaş bir digər qardaşı möhkəm və inadla müdafiə edir, digər dəstə də eynilə digərlərini müdafiə edir. Daha sonra isə bu iki (və yaxud daha çox) dəstə arasında münaqişələr və dava-dalaş başlayır. Allah, Onun Rəsulu və İslam Dini bu cür davranışdan uzaqdır, münəzzəhdir. Çünki bunlar ən kiçik səbəblərdən dolayı müsəlmanlar arasında parçalanma, ixtilaf, düşmənçilik və nifrət oyanmasını arzulayan şeytanın “əl işləridir”.
Sadəcə bu, nəfsi istəklərinin ardınca gedənlərin, bidət əhli və Hizbçilərin (firqələrə parçalananların) yolundandır. O kəslər ki, Sələfin mənhəcindən, zəkasından (düşüncəsindən), hikmətindən, bəsirətindən, müxtəlif vəziyyətlər qarşısında mətanətlərindən və həmrəyliyindən, həmçinin Allahın hörmət edilməsini və mühafizə olunmasını əmr etdiyi qardaşlıq və məhəbbətə qarşı ehtiramlarından uzaqdırlar.
Sələfin bəzi vəziyyətlər qarşısında tutduqları mövqe ilə əlaqədar sizə sadəcə bir neçə misallar verəcəm. Bu misallar belə vəziyyətlərdə sələfin hikmətini, bəsirətini və Rəbblərinin Kitabı və peyğəmbərlərinin Sünnəsinə möhkəm bağlılıqlarını göstərir. Onlar elə bir vəziyyətlər, hallar ilə qarşılaşmışdırlar ki, bu hallar bidət əhlini çalxalamış və onları parçalanma, ixtilafa, düşmənçiliyə və münaqişələrə sürükləmişdir. Lakin bu cür vəziyyətlər Əhli sünnəni nəinki dəyişmir və onlara təsir göstərmir, əksinə onların mətanətini, birliyini və fitnələrə və fitnəkarlara qarşı möhkəm dayanmalarını artırır.
1) Əl-Cəməl və Əl-Siffin döyüşündə səhabələr arasında baş verən Fitnəyə göz gəzdirək. Bu fitnə hadisəsi zamanı hava əhlinin münasibəti bu fitnəyə qarşı necə olmuş və Əhli Sünnənin münasibəti necə olmuşdur?
Hava əhlinə baxsaq, belə ki bu fitnə onların mənfur niyyətlərini və məqsədlərini ifşa etmişdir, üzə çıxarmışdır. Onlardan bəziləri, rafizilər kimi bir tərəfə münasibətdə hizblər (firqələr) yaratmış və digər tərəfə tənə etmişdirlər, inadkarcasına Əli radiyallahu anhuya tərəf təəsübkeşlik göstərmiş, Camal Əhlini, Şam camaatını, Muaviyəni, Amr ibn Al Ası və onları dəstəkləyənləri tənə etmişdirlər.
Həmçinin Navasiblər də eynilə; Onlar Muaviyə, Amr və onların ordularını dəstəkləmiş, Əli radiyallahu anhunu, onun qoşunlarına və tərəfdarlarına tənə etmişdirlər.
Xəvariclər və Mötəzilə təriqəti və yaxud onların bəzi rəhbələri kimiləri; Onlar Əli radiyallahu anhu, onun tərəfdarlarına, həmçinin Müaviyə radiyallahu anhu və onun tərəfdarlarına tənə etmişdirlər.
Əhli Sünnə vəl Camaata və onların başında səhabələrin hamısı, tabiinlər, Səid ibn Museyib, Urva ibn Əz Zubeyr, Əl Qasım ibn Muhəmməd, Səlim ibn Abdullah kimi hidayət imamlarına, həmçinin tabiinlərin imamlarından Malik, Əl-Əvzai, Sufyan əs Səvri, Sufyan ibn Uyeynə, Hammad ibn Zeyd, Hammad ibn Sələmə, həmçinin digər İslam ölkələrinin imamlarından; Mədinədə, Məkkədə, Yəməndə, Bəsrədə, Kufədə, Şamda, Misirdə, Məğribdə, Əndəlüsdəki imamlara gəldikdə, onların hamısı hava əhlinə və səhabələrə tənə edənlərə qarşı münasibətdə bir Mənhəcc üzərində və vahid bir Əqidə üzərində idilər. Onların arasında Əl-Cəməl və Əs-Siffin döyüşündə iştirak edənlər var idi. Onlar (əhli sünnənin imamları) səhabələrin hamısını dost tutmuş və onların hamısı üçün üzr irəli sürmüşdürlər və hesab edirdilər ki, onların (səhabələrin) arasından düzgün rəyə çatan Müctəhid iki savab və xəta edən isə bir savab qazanmışdır.
2) İki imam-Əl Buxari və Muhəmməd ibn Yəhya Əl Zuhali rahiməhumullah (Allah hər ikisinə rəhmət etsin)-arasında çox güclü mübahisə, ixtilaf olmuşdur. Hətta o dərəcəyə çatmışdır ki, Əhli Sünnə vəl Hədis (Sünnət və hədis əhli) əhli bölünmək üzrə olmuşdur. Lakin onların islama qarşı dərrakəsi, şüuruayıq-sayıqlığı səbəbindən, ayrılıq və parçalanmanın təhlükəsi, dünya və axirətdə şərrli təsirlərinə dair dərin anlayışları sayəsində onlar baş göstərən bu fitnəni söndürmüş və indiki dövrümüzə kimi torpağa gömmüşdürlər.
3) Bizim bu dövrümüzdə Şeyx Albani rahiməhullah və Əhli Sünnənin bir sıra Məşəyixləri Həmud ət Tuveyciri, Şeyx İsmail Əl Ənsari, Şeyx Nasib Ər Rifai arasında ixtilaflar baş vermişdir. Fikir ayrılığı hətta onunla İbn Bəzz rahiməhullah arasında baş vermişdir. Lakin insanlar, xüsusilə də Sələfilər bu cür ixtilaflarda (əqidəyə və mənhəcə) heç bir (mənfi) təsir görmədilər.
Elə isə bu böhranlı günlərdə Sələfi gənclərinə nə olub ki, onlar düşmənlərin, müxtəlif firqə və metodologiyalardan istifadə edərək, açıq-aydın Sələfi dəvətinə və onun başçılarına düşmənçilik élan etdikləri halda bu cür fitnələrə aldanmışdırlar.
Yəhudi və Xristianlar bir tərəfdən, Rafizilər, Sufilər, İxvanlar və dinsizlər digər tərəfdən Sələfi dəvətinə qarşı müharibə aparmaq üçün cəbhələr qurmuş və onların üzərinə mənfur ittihamlarını tulazlamışdırlar. Xüsusilə də, terrorizm, partlayışlar və həlak ilə əlaqədar bu günlərdə cərəyan edən hadisələrin olduğu bir dövrdə.
Məgər siz düşünmürsünüz, dərk etmirsiniz ki, Sələfi gəncləri arasında bu cür ixtilaf Sələfi dəvətinin düşmənlərini gücləndirir və Sələfiyyə və onun əhlini kəsib-doğramaq üçün istifadə etməklərində onları zəhərli silahlar ilə təchiz edir?
Məgər bu ixtilaf Sələfi dəvətinin (mahiyyətini) təhrif edib, saxtalaşdırıb və onun gözəlliyini və iltifatını aparıb, həmçinin onun yayılmasını və təbliğinin qarşını almırmı? Allahın nemətləndirdiyi və bu möhtəşəm Mənhəccə hidayət etdiyi qardaşlarım və övladlarım! Gənclərin bəziləri bu mənhəccin məqamından, həqiqətindən cahildirlər və Allahın onlara bəxş etdiyi nemətindən, bərəkətindən, Allahın səxavətindən, əslində Allah təalanın onları bu möhtəşəm Mənhəccə hidayət etməsi həqiqətindən cahildirlər.
Mən və həmçinin digərləri dərk edirlər ki, Sələfi dəvətinin nüvəsini dağıdan iki dalğa mövcuddur; sərtlik və ekstremizm dalğası və həddindən aşan yumşaqlıq dalğası. Şəriətdə buyrulmuş hədləri aşan laqeydlik, etinasızlıqdiqqətsizlik. Bu dalğaların hər ikisi o qədər şişirdilmişdir ki, demək olar ki, bütün sələfi camaatına təsir etmiş, əhatəsinə almışdır.
Həqiqətən də Allah təala həm ekstremizm (ifrat) və həm də təfriti (etinasızlıq) bu iki amildən doğan zərər və şərrdən dolayı qadağan etmişdir. Allah təala bu ümmət üçün ət təvəsut (orta yol) və ədaləti buyurmuşdur; bu Allahın düz yoludur ki, bizlərə o yola tabe olmağı əmr etmişdir. Bu yolda bütün xeyirlər, xoşbəxtlik və həlakdan xilas olmaq, nicat tapmaq vardır.
Ona görə də, bu iki dalğanın təhlükələrini sezdiyim zaman, bir neçə dəfə hər yerdə mövcud olan Sələfi gənclərinə öz nəsihətlərimi göndərdim. Beləcə, ümid edirəm ki, bu nəsihət Sələflər arasında olan qardaşlarımız, övladlarımız və sevgililərimiz tərəfindən xoş qarşılanacaq və qəbul olunacaqdır.
Həmçinin bu nəsihətdə mən, ayrılıq və ixtilafın hər birini tərk etmək, Allahın razılığını qazanmaq üçün qardaşlıq etməyi, Allah rizası üçün qardaşların bir-birini sevməsini, bir-birinə qarşı yumşaq və mülayim olmalarını, hikmətli olmalarını, xəta edənə ən yaxşı şəkildə xatırlatmağı və nəsihət etmələri üçün Sələfi gənclərinə möhkəm ruhlandırma, həvəsləndirmə, təşviq etmişəm.
Və indi də bu nəsihətimi təkidlə yenidən bir daha təsdiqləyirəm və sizləri ixtilaf və onun səbəblərini ciddi şəkildə və sadiqliklə tərk etməyə, onun yerini razılıq və qardaşlıq ilə əvəz etməyə çağırıram, buna təşviq edirəm.
Mən və həmçinin Krallıqda, Yəməndə və digər yerlərdə olan bütün Sələfilər ümid edir ki, deyilənlərin hamısına bizlər qulaq asırıq və təsdiq edirik ki, bununla bu iyrənc ixtilaflara son qoyaq və torpağa basdıraq, yumşaqlıq və qardaşlıq élan edək, faydalı elm əldə etməyə yönələk, həmçinin saleh əməllər edək, yaxşılıq və təqva üzərində yarışaq, bu Dəvətimizi yaymaqda ciddi olaq, Əqidə, Mənhəc və həmçinin davranışlarda gözəllik nümayiş etdirək.
Qardaşım, Muhəmməd Abdul Hadi! Ümid edirəm ki, siz bu Fitnəni əzmək üçün əzmlə, qətiyyətlə buna tərəf addımlayırsınız və Paris, Lion və digər şəhərlərdə, xüsusilə də Əbu Ziyanda müdrik, ağıllı insanları görüşə, toplantıya dəvət edəcəksiniz, mənim bu məktubumu onların diqqətinə çatdıracaqsınız. Bununla da düşünürəm ki, sizin hamınıza bu məktub bu fitnəyə son qoymaq, səbəblərinin aradan qaldırılması və qardaşlığa dair İslam dininin vacib etdiklərinin təlqin edilməsi və sizin aranızda mərhamət və sevgi yayılması, parçalanmanın yerinə yaxşılıq və təqvada bütün sahələrdə, xüsusilə də Allaha dəvətdə yarışmaq üçün dəstək olacaqdır.
Mənim qardaşım, mənə elə gəlir ki, onların arasında olan bu ixtilaflar Əqidədə və yaxud Dəvət, Mənhəccin əsaslarında deyildir. Bu sadəcə məqamizzətdə həmin insanları geridə qoyan insanlar haqqında mübahisə, dedi-qodu (o dedi, bu dedi və .s) və düşmənçilikdir. Halbuki o insanlar (alimlər) elm tələbəsi adlanmaqdan çəkinməmişdirlər.
Allahdan istəyirəm ki, O Sələfilərin səfflərini birləşdirmək üçün buna nail olmaq yolunda səy göstərdikləri bütün işlərini yerinə yetirsin və onların qəlblərini və ruhlarını haqq və hidayət üzrə birləşdirsin.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Sizləri Allah rizası üçün sevən biri.
Şeyx Rabi bin Hadi Umeyr Əl Mədxəli
2821425