Məqalələr Quran və təfsir

Allah yaradandır və yaradılmamışdır

Uca Allah buyurur ki: “O, [hər şeyi] yaradan, yoxdan var edən, [hər şeyə] surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur…” (Həşr, 59/24)

Şeytan: Allahı kim yaradıb deyə vəsvəsə salarsa, Peyğəmbər (sallallahu əleyhi və səlləm) bizə şeytanın bu tələsinə qarşı necə çıxacağımızı və nə deyəcəyimizi öyrətmişdir:

“Allaha və Peyğəmbərinə iman gətirmişəm. Allah birdir. Allah möhtac deyildir, O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir bənzəri yoxdur” deyilir və sonra üç dəfə sol tərəfə tüpürürmüş kimi hərəkət edir və Şeytandan Allaha sığınaraq bu işdən uzaqlaşar. Bu hərəkət (Şeytanın təlqini) o kimsədən uzaqlaşdırar. (Buxari, Muslim və başqaları tərəfindən bu hədis nəql olunmuşdur. Bu barədə olan hədislər budur.)

Allahın yaradıcı olduğunu və yaradılmadığını demək və qəbul etmək vacibdir. Əmr b. Dinar deyib ki, mən yetmiş ildən bu yana insanların belə dediklərini görmüş və eşitmişəm: Allah yaradandır, yaradılmamışdır. Ondan kənarda olan bütün varlıqlar yaradılmışdır. Quran istisnadır. O yaradılmamışdır. Allahdan nazil olmuş və Ona da qayıdacaqdır (Ondan nazil olmuşdur, yəni, onu öz sözü ilə deyən Odur) Bu, İmam Əhmədin də sözüdür.

Şeyxülislam (İbn Teymiyyə) deyib ki, Allahın sifətləri haqqında deyilənlər, Zatı haqqında deyilənlər kimidir. Buna görə Allahın sifətlərindən olan Allahın kəlamı Qurani Kərim haqqında da onun xəlq edilmiş olmadığı deyilir.

Quran Allahın yaradılmamış kəlamıdır. Çünki Allahın kəlamı Onun sifətlərindəndir, sifətləri isə Ona tabe olaraq yaradılmışdır.

Uca Allahın: “Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik” (Zuxruf, 43/3) buyruğuna gəldikdə isə, İbn Kəsir və Təbəri: “Biz onu…etdik” onu nazil etdik deməkdir söyləmiş­lər.

Qurani Kərim Peyğmbərin (sallallahu əleyhi və səlləm) möcüzəsidir. Peyğəmbər (sallallahu əleyhi və səlləm) onunla həmin dildə danışan ərəbləri, ona oxşar bir ayə də olsa belə demələrini istəmişdi. Lakin heç kimin buna gücü çatmamışdı.

“[Ya Peyğəmbərim!] De ki: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” (İsra, 17/88).

“De ki: “Əgər doğru deyirsinizsə, ona [Qurana] bənzər bir surə gətirin…” (Yunus, 10/38).

Quran Allah tərəfindən nazil edilmişdir. Uca Allah onu kamil etmişdir. O, bütün zaman və məkanlar üçün əlverişlidir. Bəşəriyyət, içində yaşadığı çirkablıqdan yalnız onunla qurtula bilər.

Quran belə tanıdılır: O, Allah tərəfindən Məhəmməd peyğəmbərə (sallallahu əleyhi və səlləm) nazil olan və tilavəti ilə ibadət edilən Allah kəlamıdır.

a. Quran Allahın kəlamıdır deməklə insan, cin, mələk və sairə varlıqların sözləri bu məfhum xaricində qalır.

b. Allah tərəfindən nazil edilmişdir deməklə Allahın Öz dərgahında saxladığı kəlimələrdən qeyrisi anlanılır. Çünki hədisdə: “Yaxud dərgahındakı qeyb aləmində yalnız Özünə bəlli saxladığın hər bir adınla…” buyurulmaqdadır.[16]

c. Oxunması ibadətdir qeydi ilə qüdsi hədislər kənarlaşdı­rılır. Çünki oxunması ilə ibadətin hasil olması, onun namazda və namaz xaricində ibadət məqsədi ilə oxunmasıdır. Qüdsi hədislər­də isə belə deyildir. Onlar namazda oxunmazlar.
Bu açıqlama Quranın Allah tərəfindən nazil edildiyini və yaradılmamış olduğunu bildirir.

—————————————————————————–

[16] Şeyx Əlbani “Səhih Tərğib və Tərhib” (2/361, h. 1822) əsərində bu hədisin səhih olduğunu bildirmişdir. 95-ci səhifəyə bax!