Məqalələr Quran və təfsir

Qurani Kərim oxunuşunda səktə

Səktənin təyinatı

Səktə, qiraət məqsədi ilə nəfəs almadan, bir qayda olaraq, pauzadan daha az müddət ərzində səsin kəsilmə­sidir (oxu­nan ifadənin müəyyən kəlməsi üzərində qısa fasilə verilmə­sidir).

Əlaməti: üzərində səktə edilməsi nəzərdə tutulan kəlmə­nin son hərfi üzərində yazılan kiçik bir “sin” hərfidir.

Tələb olunan: Kəlmənin son hərfi üzərində səktə işarəsi qoyulmalıdır. Bu, ilahi (mövzu ilə bağlı Peyğəmbər­dən (sallallahu əleyhi və səlləm) nəql edilən hədislərin) qeydiy­yatı ilə bağlıdır. Bu barədə hədisin olmadığı hallarda səktə işarəsinin qoyulması (səsin kəsilməsi) bəyənilmir. İmam İbn Cəvzinin də bildirdiyi kimi, bu barədə səhih hədislər mövcuddur. Amma pauza verilməli yerlər (sözlər) qiraət kitabla­rının müəyyən yerlərində göstərilməsilə yanaşı onluq qiraəti (yəni, Quranın on tanınmış qarisinin -red.) arasında fərq vardır. (Bax: Əbdul-Fəttah əl-Mursifi, Hidəyətul-qari ila təcvidil- kəlamil-Bari, I, 407 və ardı)

Aşağıda ancaq Həfsin (on qaridən biri – red.), üzə­rində səktə etdiyi nümunələri qeyd edəcəyik. Bunlar altı yerdədir:

1. “Kəhf” surəsində: “…Kitabı heç bir əyriliyə yol vermə­dən…” (Kəhf, 18/1) buyruğunda “əyriliyə” anlamında tənvinin əvəzində qoyulan əlif (əvəz məddi). Burada səktə etmənin hikməti mənanı açıqlamaq və (sonrakı ayənin ilk kəliməsi olan) “doğru” sözünün, (üzərində səktə edilən) “əyriliyə” kəliməsinin sifəti olduğunu bildirməkdir. Əgər onun sifəti deyilsə, onda “kitab”ın sözünün halı və yaxud da götürülmüş bir fel səbəbilə təsirlikdə olandır. Bu da: “O kitabı doğru kitab etmişdir” məna­sındadır.

2. “…Vay halımıza! Bizi yatdığımız yerdən kim qal­dırdı?” (Yasin, 36/52) buyruğunda verilmiş “yatdığımız yerdən” ifadəsindəki sözün sonundakı əlif hərfi üzərində səktə qoyulur. Burada səktənin qoyulmasının mahiyyəti daha sonra gələn “bu” işarə əvəzliyinin “yatdığımız yerdən”in sifəti kimi başa düşülməməsi ilə əlaqədardır. O, sifət deyil, yeni bir cümlə başlanğıcıdır.

3. “Kim xilas edə bilər?” (Qiyamə, 75/27) buyruğundakı “Kim” mənasındakı sözün “nun” hərfidir. Ayədə səktənin qoyulmasının səbəbi ondan sonra gələn kəlmədən ayrı bir kəlmənin olduğunu fərqləndirməkdir. Sonrakı kəlimə ilə birlikdə çoxluq forması (ərəb. siğatul-mubəliğa – red.) əmələ gətirən “fəəal” modelli tək bir kəlimə deyildir.

4. Mutəffifin surəsində verilmiş: “Xeyr. Əslində onların qəlblərini qazandıqları qaplamışdır” (Mutəffifin, 83/14) buyruğunda “Xeyr” sözünün ləm hərfi üzərində səktə qoyulur. Bununla bağlı izahat bundan əvvəlki bənddəki şərhə oxşardır.

5. “Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm [səltənətim] də məhv olub getdi!” (Haqqə, 69/28-29) ayəsinin sonunu sonrakı ayə ilə bitişik oxuduqda, “mar-dövlətim” sözünün “hə” hərfi üzərinə səktə qoyulur.

6. Ənfal surəsinin sonu ilə Tövbə surəsinin başlanğıcı arasında səktə qoymaq. Onluq qarilərdən olan digər imamlar da (yəni, Həfsdən qeyri doqquz qari də – red.) bir qiraət şəklində onunla eyni formada oxumuşlar. (Mahmud əl-Husari, Əhkəmul-Quranil-Kərim, s. 261 və ardı, Məhəmməd Minyarın izahları ilə)

Bir xəbərdarlıq

Biz burada Qurani Kərimin səktə qoulacaq yerlərini bu elm sahibinin izahlarına istinad etməklə göstərdik və bəzi yerlərdə bu səktələri məna baxımından diqqətlə səciyyələndir­dik. Bir daha səktə qoyulan yerlərin tutulması ilə bağlı olduğuna və bu barədə pauza və birləşmənin (vəslin) müxtəlif əlamətlərindən fərqli olaraq, burada ictihadın olmadığına da (yəni, səktə edilməsinin dəlillərə əsaslandığını irəlidə – red.) işarə etdik. Çünki başqa pauza və birləşmə əlamətləri ictihadla bağlıdır. Buna görə bəzi yerlərdə birləşmənin (vəslin) pauzadan daha münasib, ya da əksinin daha da doğru olduğunu görə bilərik. Digər tərəfdən, Quran nüsxələrindəki əlamətlər nəzər nöqtəmizə zidd ola bilər. Əgər zəruri pauza kimi göstərilən yerlər tədqiq edilərsə, bəzilərinin pauza baxımından lazım olmadığı və birgə oxunmaqla bərabər mənanın pozulmadığı da aşkar ola bilər.

Burada bizim üçün əhəmiyyətli olan isə, səktə edilməsinin dəlillərə əsaslanmasını və bu səbəbdən də hər zaman və hər yerdə müqləq bir məna daşıyacaq hikmətin axtarılmasının gərəkli olmamasını bildirməkdir. Buna ən böyük dəlil uca Allahın: “Kim xilas edə bilər?” (Qiyamə, 75/27) buyruğundakı “Kim” mənasındakı sözün üzərində səktə edilməsidir. Biz bunun səbəbini irəlidə açıqladıq. Buna baxmayaraq bütün qiraət alimləri burada “nun” hərfini “ra” hərfinə idğam edirlər. Bircə Həfs istisnadır, o burada səktə ilə oxuyur.

Digər tərəfdən “Mal-dövlətim…” (Haqqə, 69/28-29) buyruğunun “hə” hərfi üzərinə səktə etmənin məna baxımından hikməti nədir? Xüsusilə burada Həfsin bir başqa qiraət şəklinin olduğunu və buna görə də onun “…məhv olub getdi” sözündəki “hə” hərfinə idğam etdiyini də bilsək məsələ daha yaxşı başa düşülər. Çünki bunlar bir-birinə oxşar iki hərfdir (idğamul-misleyndir).

—————————————————————————-
*Türk mətnində: sekte – dayanma. Təcviddə: qiraət zamanı nəfəs almadan səsi kəsməyə deyilir (Bax: Ömer Sevincgül, “Özel lüğat”, İstanbul, 2003, ZAFER yayınları, 1-ci nəşr, səh. 617)