Təyinatı: Tam məna ifadə edən söz qrupunun üzərində “dayanmaq zəruriyyəti” (ərəb. luzumul-vaqfi – red.) anlayışını verir. Özündən sonrakı ifadələrlə birlikdə oxunduqda, bu oxu tamamilə başqa bir məna kəsb edir.
Hökmü: Belə bir yerdə pauza verilməli və ondan sonra gələn sözlə oxu davam etdirilməlidir. Ona görə bu cür pauzalara “zəruri dayanma” adı verilir.
Əlaməti: Mim hərfidir ki, pauza lazım olan kəlmənin son hərfi üzərində yazılır.
Bu pauzalarla bağlı bəzi nümunələr
Uca Allah buyurur ki:
1. “Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allaha məxsusdur…” (Yunus, 10/65) Burada “onların sözləri” anlamındakı söz üzərində pauza vermək lazımdır. Çünki daha sonra gələn “yenilməz izzət bütövlüklə yalnız Allaha məxsusdur” buyruğu ilə bir yerdə oxunduğu təqdirdə bu ifadənin kafirlərin dedikləri sözlərdən olduğu zənn edilir, halbuki, əslində bu belə deyil. Əksinə bu, Uca Allahın nazil etdiyi bir ayədir.
2. “Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis bir şeyə çağıracağı günədək!” (Qəmər, 54/6) Burada “onlardan” sözü üzərində pauza vermək mütləq lazımdır. Çünki Uca Allahın: “Carçının…çağıracağı günədək!” buyruğuna birləşdirilərək oxunarsa, onda Uca Allahın: “Artıq onlardan üz çevir” buyruğu dünyada müşriklərdən üz çevir mənasındadır deyə zənn edilə bilərdi. Uca Allahın: “Carçının…çağıracağı günədək!” buyruğu qiyamət günü İsrafilin surunu çalacağına işarədir.
3. “Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” – deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir” (Bəqərə, 2/26)
Bu ayədə ayənin “misal” sözü üzərində pauza vermək lazımdır. Çünki Uca Allahın: “bununla…zəlalətə salır”, yəni “ağcaqanad…misalı” anlamındakı ifadəsi kafirlərin dediyi sözlərə bənzəyir. Halbuki, bu, Uca Allahın buyruqlarındandır.
4. “Allahı qoyub yalnız qadın bütlərə tapınır və yalnız asi Şeytana qulluq edirlər. Allah ona lənət etdi. O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam” (Nisa, 4/117-118)
Burada Uca Allahın: “Allah ona lənət etdi” buyruğu üzərində pauza vermək lazımdır. Çünki Uca Allahın: “O isə dedi: “Əlbəttə, …ələ alacağam” buyruğunun Allahın sözlərindən olduğu kimi qəbul edilməməlidir. Əksinə, bu, Allahın Şeytandan nəql etdiyi Şeytana məxsus sözlərdir.
5. “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın… Övladı olmaqdan [bu bəşəri xüsusiyyətdən] kənardır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur”. Ayədə “övladı” anlamındakı söz üzərində pauza vermək lazımdır. Ona görə ki, Uca Allahın: “Göylərdə və yerdə nə varsa, hamısı Onundur” buyruğundan onların övladın mülkü olduğu kimi başa düşülməsin. Əksinə, onlar Uca Allaha məxsusdur.
6. “Bundan sonra Lut [hamıdan əvvəl İbrahimə] iman gətirdi. [İbrahim] dedi: “Mən Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!” (Ənkəbut, 29/26)
Bu ayədə “Lut” sözü üzərində pauza vermək lazımdır. Pauza ona görə verilməlidir ki, “Mən Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm” buyruğu Lutun sözləri kimi başa düşülməsin. Çünki bu sözlər, daha sonrakı ifadələrin də göstərdiyi kimi, İbrahim əleyhissəlamın sözlərindən idi.
7. “[Tur dağına gedən] Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər [buzovun] onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? [Bununla belə] ona tapınıb [özlərinə] zülm eləyən oldular” (Əraf, 7/148)
Bu ayədə pauza “bir yol” ifadəsi üzərində qoyulmalıdır. Beləliklə, bu, Musanın tayfasının bu yola ümid bəslədikləri mənasını doğrultmur. Çünki onlar yolu deyil, buzovu özlərinə tanrı seçmişdilər.
8. “Yəhudilər dedilər: “Allahın əli bağlıdırS172!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır…” (Maidə, 5/64)
Burada “dedikləri sözə” ifadəsi üzərində pauza verilməlidir ki, Uca Allahın: “Xeyr, Allahın əlləri…” buyruğunun yəhudilərin dedikləri sözlərdən olması kimi başa düşülməsin. O ifadə Allahın buyruğudur.
9. “Onlar bir ayə gəldiyi zaman: “Allah peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə, biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara [kimə] göndərəcəyini Özü daha yaxşı bilir…” (Ənam, 6/124) Burada pauza (“Allah peyğəmbərlərinə” ifadəsindəki) “Allah” sözü üzərində qoyulmalıdır ki, Uca Allahın (kafirlərə ünvanladığı cavabında): “Allah… daha yaxşı bilir” ifadəsindəki buyruğun kafirlərin dediyi sözlərdən olduğu zənn edilməsin. Bu ifadə Allahın buyruqlarındandır.
10. “[Sənin dəvətini] ancaq can-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar” (Ənam, 6/36)
Bu ayədə pauzanın “eşidənlər” sözü üzərində qoyulması tələb olunur. Bu tərzdə oxunduqda ölülərin də eşidə bilməsi təsəvvürünü yaratmır.
11. “Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur….” (Qəsəs, 28/88) buyruğunda pauza “başqa” sözü üzərində verilməlidir. Beləliklə, bu, başqa tanrının şəriki yoxdur anlamını vermir.
12. “Onlar yer üzündə [Allahı] aciz qoya bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də yoxdur. Onları ikiqat əzab gözləyir…” (Hud, 11/20)
Bu ayədə “köməyinə çata bilən” ifadəsinin üzərində pauza edilməlidir. Beləliklə, “onları ikiqat əzab gözləyir” ifadəsində bəhs edilənlərin “köməyə çata bilənlərin” olmadığı başa düşülür. Əksinə, bu onlara: “Onlar yer üzündə (Allahı) aciz qoya bilməzlər” buyruğu ilə işarə edilən kafirlər haqqındadır.
13. “Onların sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik” (Yasin, 36/76). Ayədə “onların sözü” ifadəsi üzərində pauza verilməlidir. Beləliklə də, Uca Allahın: “Biz onların gizlində… nə etdiklərini bilirik” ifadəsinin kafirlərin dedikləri sözlərdən olduğu kimi başa düşülməməlidir. Əksinə, bu, Uca Allahın buyruqlarındandır.
—————————————————————————–
*172 Yəni – Allah xəsisdir (əstəğfrullah!) Bax: (Qurani-Kərim, Bakı, 2004, VI nəşr, “Şərhlər”, 23-cü izah, səh. 55)